Icma.az
close
up
RU
Kredit götürənlərin nəzərinə:Ali Məhkəmədən MÜHÜM QƏRAR

Kredit götürənlərin nəzərinə:Ali Məhkəmədən MÜHÜM QƏRAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. 

"Cebheinfo.az" xəbər verir ki, işin hallarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı borcalana 45 ay müddətinə illik 25% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdələrinə götürüblər. 

Həmçimin iki şəxs borcalan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün zamin durub. Lakin cavabdeh 1 il sonra vəfat edib. 30 iyul 2022-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7.887 manat borc yaranıb. 

Sonra iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7 min 887 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddianın əsaslarına görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən varis və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif edilib. Buna baxmayaraq, borclu varis və zaminlər təklifi qəbul etməyib və fərmandan irəli gələn güzəştlərdən istifadə etməyiblər. 

Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, ididaçı bank əsas borclunun vərəsəsi qismində olan cavabdehə qarşı borcun ödənilməsi tələbini irəli sürsə də, varisin əsas borclunun vərəsəsi qismində onun miras əmlakını qəbul etməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməyib. 

Buna görə də şəxsin vərəsə kimi hər hansı miras əmlakı qəbul etməsi halı sübut edilmədiyindən, onun vərəsə qismində miras əmlakı həddində borcun ödənilməsi öhdəliyi yaranmadığından, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olamaqla, təmin edilməməlidir. 

Həmçinin məhkəmə iddia tələbinin zamin qismində çıxış edən cavabdehlər aid olan hissəsi ilə bağlı hesab edib ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində bağlanılmış zaminlik müqavilələrində onun qüvvədə olma müddəti qeyd edilməyib. Həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının başa çatmasından 1 ildən çox müddət keçib. Bu səbəbdən cavabdehlərin zaminliyinə xitam verilməlidir.

Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edib ki, hazırkı mülki iş üzrə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilib), iddiaçı tərəfindən zaminlərə qarşı iki ilə yaxın müddət ötürülərək məhkəməyə müraciət edilib. 

İddiaçının apellyasiya şikayəti də təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. 

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Ali Məhkəmənin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməsi barədə qərarı doğru deyil. 

Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozub. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Apellyasiya instansiyası məhkəməsi sözügedən mövqeyi ilə Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə verilən şərhi də nəzərə almayıb. 

Konstitusiya Məhkəməsi Plenumunun daha sonra 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək, göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.

Beləliklə, Ali Məhkəmə işi vərəsəyə münasibətdə ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərib. 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri