Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Artıq bir müddətdir ki, banklar verilən kreditləri sığortalayır. Təbii ki, müştərinin razılığı ilə...
Əslində kreditlərin sığortalanması həm banklar, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki müəyyən hallarda sığortalanmış krediti vətəndaş yox, şirkət qaytarır.
Təsadüfi deyil ki, kreditlərin sığortalanmasında sonra bankların bəzi hallardakı tərəddüdləri aradan qalxıb.
Artıq pensiyaçılara da kreditlərin verilməsində heç bir problem yoxdur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, yeni qaydalara görə kredit götürmüş şəxs dünyasını dəyişərsə, onun borcunu sığortaçı şirkət ödəyir:
“Halbuki, əvvəllər bu ciddi problem idi. Vətəndaş dünyasını dəyişən zaman kredit öhdəliyinin icrası üçün bank vətəndaşın ailə üzvləri ilə uzun çəkişməyə girir, bəzi hallarda bu çəkişmə məhkəməyə qədər gedib çıxırdı. Amma indi vəziyyət fərqlidir. Əgər vətəndaş götürdüyü krediti sığortalayıbsa, o zaman o dünyasını dəyişdiyi halda banka qalan borcu sığorta şirkəti ödəyir.
Ümumiyyətlə, kreditlərin sığortalanması müsbət haldır. Bu vətəndaşa müəyyən xərclər gətirsə də, sonrakı peşmançılıqdan qoruyur. Vətəndaş iş qabiliyyətini itirəndə də krediti borcunu sığorta şirkəti ödəyir. Bir sözlə, kreditin sığortalanması vətəndaşı və bankı bir çox xoşagəlməz hallardan müdafiə edir. Üstəlik, bu qayda pensiyaçılar üçün kreditləri tamamilə əlçatan edib”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:190
Bu xəbər 10 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















