Icma.az
close
up
RU
Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR Avqustun 1 dən...

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR Avqustun 1 dən...

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb.
Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamikanın proqnozlaşdırılmasına əsas verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir.
Maliyyə sektorunda yenilik
Maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumatda deyilir ki, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Beləcə, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcək.
Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.
Kredit faizləri azalacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihənin hədəfi banklara ucuz vəsaitin cəlb edilməsidir:
“Nəzərə alaq ki, Mərkəzi Bank son zamanlarda vətəndaş-bank, vətəndaş-maliyyə sektoru arasında münasibətlərin elastikliyinə, əlaqələrin şaxələndirilməsinə çalışır. Və proses durmadan inkişaf etdirilir. Bütün imkanlardan istifadə edilir ki, münasibətlər sağlam və səmərəli olsun. Bunun üçün də dövrün tələbinə uyğun alətlərin bazara girişinə çalışılır. Nəzərə alaq ki, banklara ucuz vəsaitlərin cəlb edilməsi çoxdankı bir arzudur. Çünki ideya reallaşsa, BOKT-lar və banklar vətəndaşlara daha ucuz kredit təklif edə bilər”.
Müsahibimiz hesab edir ki, böyük ölçüdə ucuz vəsaitin bazara daxil olması disbalans da yarada bilər:
“Ona görə də ucuz vəsaitin maliyyə sektoruna cəlb edilməsi həssaslıqla və diqqətlə aparılmalıdır. Unutmayaq ki, ucuz vəsaitin cəlb edilməsi üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Bunun üçün ölkədə sağlam iqtisadi mühit olmalıdır. Müəyyən iqtisadi göstəricilər beynəlxalq maliyyə institutlarının tələblərinə cavab verməlidir.
Bu günün tələbi odur ki, reytinq cədvəllərində investisiya cazibədarlığı yüksək olsun. Ona görə də cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub. Bunun üçün də yeni maliyyə mexanizminin tətbiqinə qərar verilib. Ümid edirəm ki, yaxın bir neçə ayda bu layihənin uğurlu nəticəsini görəcəyik. Banklar və BOKT-lar daha ucuz maliyyə mənbələri əldə edəcək və bazarda yeni reallıqlar ortaya çıxacaq”.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri