Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Banklardan gözlənilməz qərar
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gündəlik kifayət qədər insan kredit götürmək üçün banklara müraciət edir. Onların arasında təqaüdçülər və həssas qrupdan olan insanlar da var. Dünyanin bir çox ölkələrində həssas qrupdan olan insanlar üçün güzəştli kreditlər mümkündür.
Bəs bu mexanizmlərin ölkəmizdə tətbiqi mümkündür?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, ölkədə kommersiya bankları tərəfindən vətəndaşlara verilən kreditlərdə hər hansı güzəşt nəzərdə tutulmayıb:
"Bu baxımdan müqavilə şərtlərinin hər hansı formada dəyişdirilməsi, güzəştlərin verilməsi və ya ödəniş qaydalarının yenidən formalaşdırılması bankın qərarı ilə mövcud ola bilər".
Ekspert qeyd edib ki, güzəştin tətbiq edilib-edilməməsi bankın daxili qaydalarından asılıdır. Bununla bağlı bankı məcbur eləmək qanunvericilikdə yoxdur.
Deputat Vüqar Bayramovun sözlərinə görə, kreditlər üzrə güzəştlərin tətbiq edilməməsi və ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməməsi bəzi hallarda problemli kreditlərin artmasına səbəb olur.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















