Icma.az
close
up
RU
Kreditə zamin duranlar bu qaydaları mütləq bilməlidir Açıqlama

Kreditə zamin duranlar bu qaydaları mütləq bilməlidir Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kredit öhdəlikləri üzrə zaminlik məsələsi vətəndaşlar arasında tez-tez suallar doğuran hüquqi mövzulardan biridir.
Bəs belə bir halda şəxsin zamin kimi tanınması və onun əməkhaqqından və ya pensiyasından kredit borcuna görə tutulma aparılması hüquqi baxımdan mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Misirə Xəlilzadə bildirib ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Onun sözlərinə görə, bu baxımdan zaminlik əsas öhdəlikdən asılı olan, yəni aksessor öhdəlikdir:
“Başqa sözlə, zaminliyin aksessor (əlavə) xarakteri ondan ibarətdir ki, zaminlik müstəqil deyil, əsas öhdəliyə bağlı olan təminat vasitəsidir. Başqa sözlə, zaminlik müqaviləsi borclunun icra etmədiyi və ya lazımınca icra etmədiyi əsas öhdəliyin icrasını təmin etmək məqsədilə həmin öhdəliyə əlavə xarakter daşıyır.
Buna görə də zaminliyin hüquqi qüvvəsi əsas öhdəliyin mövcudluğu və etibarlılığı ilə birbaşa əlaqəlidir.
Belə ki, əsas öhdəlik etibarsız hesab edilərsə, həmin öhdəliyin icrasını təmin edən zaminlik də hüquqi qüvvəsini itirir və etibarsız hesab olunur. Lakin bunun əksi, yəni zaminlik müqaviləsinin etibarsız olması əsas öhdəliyin də avtomatik olaraq etibarsız hesab edilməsinə səbəb olmur. Başqa sözlə, zaminlik əsas öhdəliyin hüquqi taleyindən asılı olsa da, əsas öhdəliyin etibarlılığı zaminlik müqaviləsinin etibarlılığından asılı deyil.
Bu münasibətlərdə zaminlik müqaviləsinin forması xüsusi hüquqi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur”.
Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin 14.07.2015-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır:
“Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə, qanunvericiliyin tələblərinə görə zaminlik müqaviləyə əsaslanan öhdəlikdir. Bunun nəticəsində zaminliyin yaranması və etibarlılığı hər hansı müqavilə öhdəliyinin yaranması və etibarlılığı üçün zəruri olan bütün şərtlərin mövcudluğunu tələb edir. Buna görə də zaminlik öhdəliyi şərtsizdir, öhdəliyin icrasından birtərəfli imtina və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əməkhaqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindəndir.
Nəzərə alınmalıdır ki, məcburi icra tədbirləri şəxsin mülkiyyət və əmlak hüquqlarına birbaşa müdaxilə yaradan hüquqi vasitələrdir. Bu səbəbdən belə tədbirlər yalnız qanunda nəzərdə tutulmuş əsas və qaydada, qüvvədə olan və icrası məcburi olan hüquqi sənədə əsasən həyata keçirilə bilər.
Etibarsız zaminlik müqaviləsi isə zamin üçün nəzərdə tutulan məsuliyyətin yaranmasına əsas verən etibarlı hüquqi əsas kimi qəbul edilə bilməz. Bu mövqenin məntiqi nəticəsi ondan ibarətdir ki, şəxsin zamin kimi məcburi icra tədbirlərinə cəlb edilməsi üçün, ilk növbədə, onun zaminlik öhdəliyinin etibarlı şəkildə yaranması, həmin öhdəliyin yazılı zaminlik müqaviləsi ilə təsdiq edilməsi və sonradan bu öhdəliyə əsaslanan qanuni icra sənədinin mövcudluğu müəyyən edilməlidir.
Bu elementlərdən hər hansı biri mövcud olmadıqda, həmin şəxsə münasibətdə zaminlikdən irəli gələn məsuliyyətin və onun əsasında məcburi icra tədbirinin tətbiqinin qanuniliyi şübhə altına düşür.
Beləliklə, zaminin yalnız şifahi razılığı, hər hansı şəxsin şifahi şəkildə “zamin durması”, yaxud tərəflərin sonradan belə bir razılaşmanın mövcudluğunu iddia etməsi öz-özlüyündə
Mülki Məcəllənin 471-ci maddəsinin tələb etdiyi yazılı zaminlik müqaviləsini əvəz etmir. 
Yazılı müqavilə olmadan şəxsin zamin kimi tanınması üçün qanuni əsas mövcud deyil. 
Əsassız olaraq hər hansı şəxsin zamin kimi tanınması, zaminlik müqaviləsi olmadan onun üzərinə zaminlikdən irəli gələn öhdəliklərin qoyulması və ya bu əsasla həmin şəxs barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsi halında, həmin şəxsə öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməsi tövsiyə olunur”, - deyə Misirə Xəlilzadə fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri