Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Dəniz quldurları idarəçilik sistemlərini belə yaratmışdılar KONKRET

Dəniz quldurları idarəçilik sistemlərini belə yaratmışdılar KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Demokratiya uzun müddət Maarifçilik dövrü filosofları üçün əlçatmaz ideal olaraq qaldı. Bu ideala yaxınlaşmaq cəhdləri, əsasən, siyasi elitanın genişlənməsi və yenilənməsi ilə nəticələnir, geniş kütlələr isə siyasi hüquqlardan məhrum edilirdi. Lakin Avropadan kənara nəzər salsaq, bərabərlik və kollektiv idarəçilik prinsiplərinin qeyri-adi şəkildə tətbiq edildiyi bir məkanla qarşılaşarıq. Söhbət pirat gəmilərindən gedir.

Dənizçilər piratlığa, bir qayda olaraq, öz istəkləri ilə deyil, dözülməz həyat şəraitinin məcburiyyəti ilə üz tuturdular. XVI–XVIII əsrlərdə Avropa ilə müstəmləkələr arasında genişlənən ticarət azsaylı insanları varlandırırdı. Plantasiya sahibləri qulların və ağır işlərə məhkum edilmiş insanların əməyindən, tacirlər isə dənizçilərin tükəndirici zəhmətindən böyük qazanc əldə edirdilər.

Tacirlər gəmi heyətinin fəaliyyətinə daim nəzarət edə bilmirdilər. Yükün zədələnməsi, gəminin lazımi səviyyədə qorunmaması və ərzaq ehtiyatlarının israf edilməsi ciddi problemlər yaradırdı. Buna görə də gəmidə qayda-qanunun qorunması kapitanlara həvalə olunurdu. Onlar çox vaxt gəminin ortaq sahiblərinə çevrilir və əldə edilən gəlirdə birbaşa maraqlı olurdular.

Kapitan qanunların və silahlı zabitlərin dəstəyi ilə, demək olar ki, qeyri-məhdud hakimiyyətə malik idi. O, bədən cəzaları tətbiq edə, ərzaq ehtiyatlarını, vəzifələri və əməkhaqqını bölüşdürə bilərdi. Ağır əmək şəraiti, dənizin təhlükələri, qazanc hərisliyi və sərt intizam tələbləri kapitanların özbaşınalığı üçün əlverişli zəmin yaradırdı.

Buna tarixi bir nümunə göstərmək olar.

1734-cü ildə Riçard Beyker adlı dənizçi Sent-Kits adasından Londona yola düşən “Europa” gəmisinə qoşuldu. Səfər zamanı o, dizenteriyaya yoluxdu. Lakin xəstəliyinə baxmayaraq, kapitan onu sükan arxasında dörd saat dayanmağa məcbur etdi. Bu, adi növbədən iki dəfə çox idi. Beyker ayaq üstə dayanmaqda çətinlik çəkəndə kapitan onu kəndirlə döydü. Dənizçinin vəziyyəti isə yaxşılaşmadı. Bundan sonra kapitan onu bir saat yarım müddətinə dirəyə bağlatdırdı. Bədəni çoxsaylı yaralarla örtülmüş xəstə dənizçi dörd gün sonra həyatını itirdi.

Belə şəraitdə üsyana qalxan dənizçilərin artıq əvvəlki həyatlarına qayıtmaq imkanları da yox idi. Piratlıq ən ağır cinayətlərdən biri hesab olunurdu. Çünki piratlar xüsusi mülkiyyətə, ilk növbədə isə dəniz ticarətinin əsaslarına qəsd edirdilər. Dəniz hüququnda onlar «bəşər nəslinin düşmənləri» adlandırılırdı. Quruya çıxdıqları təqdirdə onları dar ağacı gözləyirdi. Ələ keçirdikləri gəmilərlə qanuni ticarət aparmaq imkanından da məhrum idilər. Onların qarşısında, demək olar ki, yalnız qaçaqmalçılıq və qarət yolu qalırdı.

Məhz belə şəraitdə piratlar özünəməxsus bərabərlikçi idarəçilik modeli yaratdılar. Bu sistem bir çox hallarda gəmi heyətinin qəbul etdiyi yazılı qaydalarla, başqa sözlə, özünəməxsus “konstitusiyalarla” tənzimlənirdi. Gəmi komandanın kollektiv mülkiyyəti hesab olunur, ən mühüm məsələlər isə səs çoxluğu ilə həll edilirdi.

Piratlar gəminin fəaliyyəti üçün vacib olan mütəxəssisləri – dülgərləri, cərrahları, ovçuları və digər peşə sahiblərini xüsusi mükafatlandırırdılar. Döyüşlərdə yaralananlara isə maddi kompensasiya ödənilirdi. Ələ keçirilən qənimət əvvəlcədən müəyyənləşdirilmiş paylar əsasında bölüşdürülürdü.

Onlar intizamdan imtina etmirdilər. Sadəcə, sərt qaydaları zülm və özbaşınalıqdan ayırmağa çalışır, şəxsi azadlığı kollektiv qarşısında məsuliyyətlə uzlaşdırırdılar.

Təbii ki, gəmi heyəti rəhbərlik olmadan fəaliyyət göstərə bilməzdi. Buna görə də piratlar kapitanı özləri seçir, zərurət yarandıqda isə onu vəzifəsindən kənarlaşdırırdılar. Kapitanın geniş səlahiyyətləri əsasən döyüş və geri çəkilmə kimi fövqəladə vəziyyətlərdə qüvvəyə minirdi. Digər hallarda qərarlar səsvermə və ya komanda şurası vasitəsilə qəbul edilirdi.

Kapitanın hakimiyyətini tarazlaşdıran əsas fiqur isə seçkili kvartirmeyster idi. O, ərzaq və digər ehtiyatların bölüşdürülməsinə, qənimətin uçotuna və komanda üzvlərinin maraqlarının müdafiəsinə cavabdeh idi. Beləliklə, kapitan əsasən döyüş əməliyyatlarına, kvartirmeyster isə gəminin daxili idarəçiliyinə və təsərrüfat məsələlərinə nəzarət edirdi.

Bu, Monteskyö və digər Maarifçilik filosoflarının hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət prinsiplərini nəzəri cəhətdən əsaslandırmasından xeyli əvvəl yaranmış özünəməxsus tarazlıq və nəzarət modeli idi.

Piratlıq zaman keçdikcə geniş miqyas aldı. Karib hövzəsini, Şimali Amerikanı və Avropanı Hind okeanı ilə birləşdirən Atlantik ticarət yolları çoxsaylı pirat dəstələrinin fəaliyyət göstərdiyi geniş bir şəbəkənin yaranmasına şərait yaratdı. 1690–1730-cu illər tarixə piratlığın “qızıl dövrü” kimi düşdü.

Piratların tarixinə dair məşhur əsərin müəllifi, kapitan Çarlz Conson yazırdı: “Bu, piratların o qədər böyük güc qazandığı bir dövr idi ki, artıq ədalət mühakiməsindən qorunmaq barədə heç narahat olmurdular”.

Bəzi hesablamalara görə, “pirat dairəsi” adlandırılan bu geniş ərazidə 2 minə qədər dəniz qulduru fəaliyyət göstərirdi. Müqayisə üçün qeyd edək ki, Britaniya Kral Donanmasının şəxsi heyəti həmin dövrdə təxminən 13 min nəfərdən ibarət idi. Orta hesabla 80 nəfərlik ekipajı olan pirat gəmilərinin sayını nəzərə alsaq, bu, ən mühüm ticarət yollarında illərlə təhlükə yaradan təxminən 25 gəmi demək idi.

Beləliklə, bərabərlik və kollektiv idarəçilik ideyasının meydana çıxması yalnız filosofların nəzəri axtarışlarının nəticəsi deyildi. Bu ideyalar bəzən azad yaşamaq istəyən, zülmdən və özbaşınalıqdan bezən insanların ağır həyat şəraitindən doğurdu.

Lakin burada mühüm bir ziddiyyət də var: öz daxilində bərabərlik və müəyyən demokratik prinsiplər yaratmış piratların fəaliyyəti qarət, zorakılıq və qətllərlə müşayiət olunurdu. Onların demokratiyası bütün cəmiyyətə deyil, yalnız öz komandalarına aid idi.

Hazırladı:
Ağagül Mürsəlov,
KONKRET.az
Müəllif: Aleks Dolya
Foto: “Şərəf məsələsi”. Hərbi gəmidə dənizçinin haqsız olaraq cəzalandırılmasından sonra baş verən üsyan.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri