Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kreditlə, borcla evlilik ... Bugünkü toy mərasimlərinin Azərbaycan xalqına zərrə qədər aidiyyəti yoxdur

Kreditlə, borcla evlilik ... Bugünkü toy mərasimlərinin Azərbaycan xalqına zərrə qədər aidiyyəti yoxdur

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Özbəkistan hökuməti toylara dəvət olunan qonaqların sayının 200-dən çox olmamaq  şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib. Həmçinin əlavə xərclərə səbəb olan ritualların keçirilməsi də qadağan edilib.Bəs Azərbaycandakı toylara hansısa məhdudiyyətlər tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Elçin Bayramlı bildirib ki, dəbdəbə göstərişivə bəhsəbəs davranış insanlara sosial-maddi cəhətdən zərər vurur: “Çox düzgün qərardır. Biz də 20 ildən çoxdur bunu təklif edirik. Çünki Azərbaycanda toy və yas mərasimləri həddindən artıq cızığından çıxıb, sifətini itirib. Bütün milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan eybəcər, hətta çox təəssüf ki, vəhşi bir mərasim formasına gəlib. Bu birbaşa mənəvi deqradasiyanın göstərcisidir. İstər yas yeri, istər toy olsun şouya çevrilib. Bu dəbdəbə, bəhsəbəs, insanlara sosial-maddi cəhətdən zərər vurur. İnsanları kreditə sələmə, borca salır. Belə mərasimlər heç bir fayda gətirmir. Təcrübə göstərir ki, biz maarifləndirmə yolu ilə cəmiyyətə izah edə bilmirik. Ümumiyyətlə, mən düşünürəm ki, bizim cəmiyyətdə heç bir sahədə, heç vaxt maarifləndirmə effekt verməyib. Bundan danışmağa belə dəyməz. Yalnız inzibati üsullarla, hüquqi tənzimləmələrlə, normativlər qoymaqla, bu məsələləri yoluna qoymaq olar. Açıq şəkildə Azərbaycanda Azərbaycanın milli-mənəvi dəyərlərinə terror gedir. Mədəniyyətimizə, məişətimizə, psixologiyamıza yad olan, tamamilə zidd olan zərər vuran, ünsürlər dəbə salınır. Bunu kimlər edir? Hansı qüvvələr edir? Bunu araşdırmaq xüsusi orqanların işidir. Biz vəziyyətin faciəvi olduğunu deyirik və tədbir görülməsini tələb edirik. Son vaxtlar müəyyən təzyiqlərlə bəzi rayonlarda ehsan süfrələrinə, yas məclislərinə qadağa qoyulub. Bir az abıra salıblar. Amma bunu bütün ölkə ərazisində tamamilə qəti şəkildə tələb qoyub tətbiq etmək lazımdır.

Mən dəfələrlə və 20 ildir fasiləsiz olaraq demişəm, yas məclislərində çaydan başqa heç nə verilməməlidir. Maksimum halva bişə bilər, uzaqdan gələn qonaqlar üçün ehsan kimi verilə bilər”.

Elçin Bayramlı

“Bugünkü toy mərasimlərinin Azərbaycan xalqına zərrə qədər də aidiyyəti yoxdur. Tamamilə qeyri-mənəvi, qeyri-təbii qeyri-milli bir mərasimdir. Bu sadəcə dəhşətli bir israfçılıq, yad musiqilərin müşayiəti ilə, insanların hay-həşirinin müşayiətilə görməmişcəsinə yeyib-içmək, atılıb-düşmə mərasimidir. Bunu toy adlandırmaq olmaz. Azərbaycan tarixinə belə toyların aidiyyəti yoxdur. Azərbaycan toyu 20 ildir ölüb. Tək-tük hallarda kimsə normal toy edir. Əgər biz həqiqətən milli-mədəniyyətimizi, irsimizi, mənəvi dəyərlərimizi, qorumaq istəyiriksə, bu işə dövlət əl qoymalıdır. Dövlət necə ki, başqa ölkələrdə bunu edirlər birbaşa standartlar müəyyənləşdirməlidir. Normativlər, standartlar, konkret tələb qoyulmalıdır və bunu pozanlar çox ağır şəkildə cəzalanmalıdır. İndiki biabırçı mərasimlərdə spirtli içkilər içərək dava salmaqdan, bir-birinə sataşmaqdan, dəhşətli bir israfçılıqdan tutmuş heç nə ürəkaçan deyil. Stolların üstü 3 mərtəbə, 4 mərtəbə 70 cür ərzaqlarla doldurulur. Bu, dini cəhətdən də günahdır. Heç kim də onun 5 %-ni yeyə bilmir. Sonra da zibilliyə atılır. Nəticədə toylara yazılan pulun məbləği 100-200 manata qalxır. Təsəvvür edin ki, bir ölkədə minimum maaş 400 manatdır. Bir evə 1 ayda 3-4 dəvətnamə gəlir. Minimum toya 100 manat yazmalıdır. Bu ailə faktiki surətdə acından ölməlidir. Bu da ictimai-iqtisadi "terror"dur. Əxlaqi, sosial, mənəvi, mədəniyyətimizə qarşı bir hücumdur”-deyə Elçin Bayramlı qeyd edib.

Sosioloq vurğulayıb ki, jurnalistlər, media davamlı şəkildə bu məsələni gündəmə gətirməlidir, aktuallaşdırmalıdır: “Dövlət nəyi gözləyir? İndiyə kimi 50 dəfə bu barədə məlumat vermişik və yazmışıq ki, hansı ölkələrdə necə tənzimlənir, necə tədbirlər görülür? Bizdən başqa heç yerdə belə dəhşətli mərasim yoxdur. Buna birdəfəlik son qoyulmalıdır. Jurnalistlər, media davamlı şəkildə bu məsələni gündəmə gətirməlidir, aktuallaşdırmalıdır. Deputatların yaxasından yapışıb bu məsələləri qanuna salmağa, parlamentdə müzakirəyə çıxarmaq tələb olunmalıdır. Dövlətdən başqa bunun qarşısını alacaq qüvvə yoxdur. Mütləq şəkildə müdaxilə olunmalıdır. Hətta Qazaxıstanda, Özbəkistanda olanlardan da sərt şəkildə olmalıdır. Çünki onlarda vəziyyət bizdən normaldır. Bizdə daha sərt tədbirlər görülməlidir.

Toyun özü ilə bitmir. Toy karvanında maşın yarışı, yolu kəsib pul almaq kimi adətlər də var. İnsanları soğan qabığı kimi soyub çıxartmaqdan başqa heç nəyə yaramır. Bu, toy deyil.

Son getdiyim toylarda mən ümumiyyətlə, Azərbaycan musiqisi eşitmədim, hətta vağzalını belə ləğv ediblər. Toylarda Avropa musiqisi səslənir. Biri orda əcnəbiləri "bağırdır", biri müxtəlif ölkələrin mahnılarını qoşur. Bunun Azərbaycan xalqına nə aidiyyəti var? Dövlət bu məsələdə qərarlı olmalıdır. Əgər biz azərbaycanlıyıqsa və bizim milli-mənəvi dəyərlərimiz varsa, biz bunun qarşısını almalıyıq. Yoxdursa, desinlər ki, "Azərbaycan mədəniyyəti yoxdur". Rəsmi elan etsinlər, hamı da başa düşsün ki, vəziyyət belədir. Ya belə etməliyik, ya elə. Ona görə daimi şəkildə bu məsələ ortaya qoyulmalıdır, müzakirə olunmalıdır. Məsələ düzələnə qədər bunun üzərinə gedilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see342

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri