Kreml: ABŞ hərbi bazası Litvada yerləşdirilərsə, Rusiya tədbir görəcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Litva parlamentinin ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək qərarı və Vilnüsün Amerika hərbi bazası planları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın qonşularının ərazisində nüvə silahlarının yerləşdirilməsi Avropada sabitliyə töhfə verməyəcək.
Kremlin sözçüsü vurğulayıb ki, ABŞ hərbi bazası Litvada yerləşdirilərsə, Rusiya tədbir görəcək.
Qeyd edək ki, Litva Seymi Konstitusiyaya ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən düzəlişi birinci oxunuşda təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 06 Oktyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















