Kreml: Cəsəd və məhbus mübadiləsi ilə bağlı Kiyevlə hələ yekun razılaşma yoxdur
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında İstanbul danışıqları nəticəsində əldə edilən cəsəd və məhbus mübadiləsi razılaşması ilə bağlı hələlik “son anlaşma”nın olmadığını, lakin təmasların davam etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Ukrayna ilə mübadilə ilə bağlı yekun razılaşma yoxdur. Əlaqələr qurulur, rəqəmlər müqayisə edilir. Ancaq ümid edirik ki, yekun razılaşma olan kimi mübadilə həyata keçiriləcək",- deyə o qeyd edib.
Ukrayna əsgərlərinin cəsədlərinin bir neçə gündür Ukraynaya çatdırılmaq üçün sərhəddə yük maşınlarında gözlədiyini xatırladan mətbuat katibi Peskov, "bu, hamının gördüyü və bildiyi bir həqiqətdir" deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















