Icma.az
close
up
RU
2025 ci ildə nənə baba olub, nəvə toyu görən MƏŞHURLAR SİYAHI

2025 ci ildə nənə baba olub, nəvə toyu görən MƏŞHURLAR SİYAHI

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər zaman deyən-gülən, əylənən, çal-çağır edən şou əhli bu il də ənənəyə sadiq qaldı. Kimi toy edib qız köçürdü, kimi vağzalı sədaları altında evinə gəlin gətirdi. Bu hadisələrin fonunda ilk dəfə nənə-baba olanlar da oldu... Nəvəsinə toy edib xoş gününə şahidlik edənlər də...

Bu dəfə BAKU.WS saytı olaraq həmin məşhurların adlarını araşdırdıq. Siyahını oxuculara təqdim edirik:

Aktrisa Gülzar Əşrəfova

Bu il "Komedixana"nın aktrisası Gülzar Əşrəfovanın ailəsində xoş gün yaşandı. Onun nəvəsi dünyaya gəldi. Aktrisa bununla bağlı özü məlumat yaydı. O sosial şəbəkədə nəvəsi ilə fotolarını paylaşaraq nənə olduğunu qeyd etdi.

Müğənni Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə də bu il baba olmaq sevinci yaşayan məşhurlardandır. 4 ildən sonra sənətçinin oğlu Loğmanın oğlu dünyaya gəldi. Loğman Əntiqə adlı xanımla ailəlidir.

Xalq artisti Həmidə Ömərova

Bu il Xalq artisti Həmidə Ömərova da ilk dəfə nənə oldu. 68 yaşlı aktrisanın oğlu Rəhimin qızı dünyaya gəldi. Körpəyə H. Ömərovanın anası Nəsibə xanımın adı verildi. Rəhim 2022-ci ildə Züleyxa adlı xanımla ailə qurub.

Xalq artisti Simnarə İmanova

Xalq artisti Simarə İmanova da bu ilk ilk dəfə nənə oldu. Müğənni bu barədə ilk dəfə verilişlərdən birində danışdı. Onun oğlunun oğlu dünyaya gəldiyini bildirdi. "Oğlum uşağa babasının adını qoydu - Hüseynəli. Bizim də ürəyimizcə oldu" -deyə sənətçi qeyd etdi. Məhəmməd Fatimə adlı xanımla ailə qurub.

Rəqqasə Fatimə Fətəliyeva

Bu il rəqqasə Fatimə Fətəliyeva isə ikinci dəfə nənə oldu. Onun qızı Aydanın Mikayıl adlı oğlu dünyaya gəldi. Fatimə bu barədə sosial şəbəkədə paylaşım etdi.

Məşhurlar arasında nəvə dadı görənlərlə yanaşı, nəvə toyu görənlər də oldu. Onlardan biri də Xalq artisti Rasim Balayevdir. Görkəmli aktyor nəvəsi Sevilə toy etdi. Məclis paytaxtdakı restoranlardan birində baş tutdu. Sənətkarın nəvəsi Sevil Cəmil adlı bəylə nikah masasına əyləşdi.

Xalq artisti Zeynəb Xanlarova

Xalq artisti Zeynəb Xanlarova da nəvəsinə toy edən məşhurlardan oldu. Bu ilin sentyabrında baş tutan toy dəbdəbəli məkanlardan birində keçirildi. Sənətkarın adını daşıyan nəvəsi Zeynəb Tamerlan adlı bəylə evləndi. Məclisdə xeyli sayda Xalq artisti iştirak etdi. Toyun aparıcısı Leyla Quliyeva oldu.

Əməkdar artist Cavanşir Məmmədov

Bu il mərhum Əməkdar artist Cavanşir Məmmədovun da ailəsində vağzalı səsləndi. Onun qızının qızı Rəfiqə Rüfət adlı bəylə evləndi. Cavanşir Məmmədov ötən ilin aprelində dünyasını dəyişib. O, 2023-cü ildə açıqlamalarından birində nəvəsinin nişanı olduğunu bildirmişdi.

Xalq artisti Məmmədbağır Bağırzadə

Bu ilin aprelində Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi Yusif də ailə qurdu. Mərhum sənətçinin oğlu Rahim övladına paytaxt restoranlarının birində toy etdi. Toyda bəzi şou-biznes nümayəndələri də yer aldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri