Icma.az
close
up
RU
“Kreml Ermənistan və Azərbaycan arasında sülh sazişinə müqavimət göstərir” AÇIQLAMA

“Kreml Ermənistan və Azərbaycan arasında sülh sazişinə müqavimət göstərir” AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə hazırlaşır və tam dəqiqliyi ilə bilir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etmək cəhdləri göstərəcək. Ona görə də Nikol Paşinyan bu cür açıqlamalar vermək məcburiyyətindədir. Üstəlik, Nikol Paşinyanın dedikləri həqiqətə uyğundur, çünki Kremlin Ermənistanda dövlət çevrilişinə və yaxud da hakimiyyət dəyişikliyinə yönəlik cəhdlərinin ilkin əlamətləri artıq görünməyə başlayıb".

Bunu Redaktor.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın "Vaşinqon sülhünü pozmağa cəhd edənlər var" bəyanatını şərh edən politoloq Elçin Xalidbəyli bildirdi.

Onun sözlərinə görə, bu prosesdə də Vaşinqtonda imzalanmış sənədlər, anlaşmalar və razılaşmalar xüsusi təbliğat və əks-təbliğat faktoru kimi ön plana çəkilir:

"Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bu iki dövlətə aid məsələdir, ancaq qəribə şəkildə əlavə etmişdi ki, Vaşinqtonda imzalanmış sənədlərdə hər şey razılaşdırılmayıb. Yəni sülh prosesinin pozulma ehtimalına eyham vurmuşdu və bu da onu göstərir ki, Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına müqavimət göstərmək niyyətindədir.

Bu prosesi pozmaq üçün müxtəlif cəhdlər göstərəcəklər və bu cəhdlər də birmənalı şəkildə Rusiyanın Ermənistandakı kəşfiyyat casus şəbəkəsi üzərindən reallaşdırıla bilər. İlk növbədə Rusiyanın casus şəbəkəsinə erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist siyasi düşərgə daxildir. Bu casus şəbəkəsi Rusiyadan gələn təlimatları yerinə yetirir və hakimiyyət çevrilişi üçün hər şeyin hazır olduğunu üzə çıxarır. Rusiyanın casus şəbəkəsinin əsas təmsilçilərindən olan keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyan da açıqlama verərək bildirmişdi ki, Ermənistanda hakimiyyət dəyişikliyinin iki yolu var. Bunun birincisi Nepalda baş verən hadisələrdə olduğu kimi hakimiyyətin kütləvi iğtişaşlarla dəyişdirilməsi, ikincisi isə hökumətə qarşı impiçmentin tətbiq olunmasıdır və buna misal olaraq da Fransada baş verənləri örnək göstərmişdi".

Siyasi şərhçi əlavə etdi ki, Rusiyanın casus şəbəkəsi tam hazır vəziyyətə gətirilib:

"Ermənistanda hakimiyyət dəyişikliyi üçün parlament seçkilərində kütləvi iğtişaş planları qurulur. Bütün bunları nəzərə alanda Ermənistanın Baş naziri Nikol Paşinyanın haqlı olduğu görünür. Nikol Paşinyan ad çəkməsə də, aydın olur ki, Ermənistanda sülh prosesini pozmağa çalışan xarici qüvvə dedikdə Rusiyanı nəzərdə tutur. Daxili sülh prosesini pozmağa çalışan daxili qüvvələr dedikdə isə Rusiyanın Ermənistandakı casus şəbəkəsini, yəni erməni kilsəsini, erməni oliqarxiyasını və radikal revanşist qüvvələri nəzərdə tutur. Bütün bunları nəzərə alanda Ermənistan Baş nazirinin dedikləri tamamilə həqiqətə uyğun görünür".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri