Icma.az
close
up
RU
Kreml İrəvandakı əsas adamı haqqında şok faktlar Katolikos II Qaregin niyə Paşinyanı devirməyə çalışır?

Kreml İrəvandakı əsas adamı haqqında şok faktlar Katolikos II Qaregin niyə Paşinyanı devirməyə çalışır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistan-Rusiya münasibətlərinin kəskinləşdiyi hazırkı dövrdə rəsmi Moskvanın İrəvana təsir imkanlarını qorumaq üçün istifadə etdiyi əsas vasitələrdən biri də Erməni Apostol Kilsəsi və onun rəhbəri Katolikos II Qaregin (əsl adı Ktriç Nersisyan) hesab olunur.

Rusiya ilə əlaqələrin soyuması fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan həm ölkə daxilindəki radikal müxalifətlə, həm də kilsə rəhbərliyi ilə qarşıdurma yaşayır. Paşinyanın Qərbə inteqrasiya siyasəti Katolikosun açıq narazılığı ilə müşayiət olunur və bu narazılıq artıq ictimai müstəviyə keçib.

Paşinyanla Katolikos arasında qarşıdurma necə başladı?

Katolikos II Qareginin fəaliyyəti ilə bağlı narazılıqlar Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən dərhal sonra özünü göstərməyə başladı. Sosial şəbəkələrdə “Yeni Ermənistan – yeni Katolikos” şüarları yayıldı. II Qareginin keçmiş rejimlərlə və Rusiya ilə yaxın münasibətləri Paşinyana yaxın mediada sərt tənqid olundu.

2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Katolikos hökuməti məğlubiyyətdə ittiham edərək, Rusiyayönlü müxalifətlə eyni cəbhədə yer aldı. Həmin dövrdə kilsə nümayəndələri ordunu çevrilişə çağırırdı. 2021–2024-cü illərdə qarşıdurma daha da dərinləşdi. Paşinyanın hüquq-mühafizə orqanları kilsə daxilində bəzi şəxslərlə bağlı istintaqlara başladı. Katolikos isə bu addımları “dövlətin dinə qarşı savaşı” kimi qiymətləndirdi.

2025-ci ilin iyul ayında isə hakimiyyətə yaxın “Telegram” kanallarında Katolikos II Qareginə qarşı ciddi ittihamlar yayılıb. Həmin mənbələrin iddialarına görə:

-Ktriç Nersisyan 1979-cu ildə SSRİ KQB-nin agenti kimi ifşa olunub, bu isə onun hazırda Rusiya xüsusi xidmət orqanları – FSB və ya SVR-lə əlaqədə olması ehtimalını artırır.

-Katolikos seçkiləri zamanı rəqiblərinin müəmmalı şəkildə aradan götürülməsi, kilsədə apardığı "təmizləmə" əməliyyatları və qardaşı Mkrtiç Nersisyanı Moskvada yüksək vəzifəyə gətirməsi suallar doğurur.

-Katolikos subaylıq andını pozaraq ailə qurub və övladı var – bu isə kilsə qanunlarına ziddir.

-Moskva erməni kilsəsində Katolikosun Rusiyanın OMON qüvvələrindən istifadə edərək opponentlərini sıxışdırdığı, Arxiyepiskop Tiranı vəzifədən uzaqlaşdırdığı iddia olunur.

-II Qaregin 1999-cu il 27 oktyabr terror aktı günü Katolikos seçilib və həmin terror hadisəsinin ideoloji sponsorlarından biri olmaqda ittiham edilir. O, sonradan Vazgen (Baqrat) hərəkatına xeyir-dua verib və çevriliş çağırışları edən Gevorq Acapaxyanı müdafiə edib.

-2018-ci ildə Rusiyadan çağırılan OMON-un Moskvadakı erməni icmasına qarşı zorakılıq tətbiq etdiyi, bu əməliyyata Mkrtiç Nersisyanın rəhbərlik etdiyi deyilir.

-2024–2025-ci illərdə Katolikos hüquq-mühafizə orqanlarını “repressiv qurum” adlandıraraq, Eçmiədzindəki zəngləri çaldırmaqla xalqı üsyana səsləməyə cəhd edib.


“Pandora qutusu artıq açılıb”

"Telegram" kanallarında vurğulanır ki, Katolikos II Qaregin anti-erməni və anti-xristian fəaliyyəti, xarici maraqlara xidmət edən ritorikası və terrora dəstək xarakterli bəyanatları ilə cəmiyyətdə etimadını tamamilə itirib. Bu kanallar açıq şəkildə bildirir: “Əgər Ktriç haqqında deyilənlər yalandırsa, o, məhkəməyə müraciət etsin. Amma bu baş vermir”.

Erməni Apostol Kilsəsi artıq sırf dini qurum olmaqdan çıxaraq, siyasi mübarizə alətinə çevrilib. II Qareginin Kremlə işlədiyi və Ermənistanda anti-hökumət, anti-dövlət fəaliyyətində iştirakı ilə bağlı iddialar Nikol Paşinyan üçün yeni təhlükə yaradır. Bu məsələ təkcə bir Katolikosun deyil, Rusiyanın kilsə institutları vasitəsilə həyata keçirdiyi hibrid müdaxilənin real göstəricisi kimi dəyərləndirilir.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri