Icma.az
close
up
RU
Kreml Köçəryanla bağlı qərar verdi: Mayın 9 da Putin və Paşinyan...

Kreml Köçəryanla bağlı qərar verdi: Mayın 9 da Putin və Paşinyan...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Köçəryanın bu dəfəki açıqlamaları baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu keçmiş prezidentin mayın 19-da yayımlanan müsahibəsini şərh edərkən deyib.

Politoloq Paşinyanın son açıqlamalarının Köçəryanı narahat etdiyini bildirib:

“Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına “əsəblərimlə oynaya bilmərəm, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb, özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryanın dediyi odur ki, Paşinyanın xarici siyasəti yanlışdır, Avropanın yerinə yenidən Rusiyaya sığınmaq lazımdır. Əslində, Köçəryanın bu sözləri Paşinyandan çox, Kremlə ünvanlanıb. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəllər olduğu kimi mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, baş nazir 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb.


Elxan Şahinoğlu

Kreml, öz siyasi gücünü və reytinqini artıra biləcəyi halda Köçəryanı dəstəkləyəcək. Çünki Moskva Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, onunla da yola davam edəcək. Baş nazir bunu anladığından, Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri