Icma.az
close
up
RU
Kreml mediası Qəbələ sammitinə qarşı nələr yazdı?

Kreml mediası Qəbələ sammitinə qarşı nələr yazdı?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın aparıcı mediasında Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti barədə yayımladıqları məqalələrin eyni mərkəzdə hazırlandığı qənaətinə gəlmək olar. Məqalələrdəki cümlələr də bir-birinə oxşayır. Rusiya mediası yayımladığı məqalələrdə oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaratmağa çalışıb. Kremlin nəzarətindəki media əsas 3 məqamı önə çəkib. Birincisi, yazıblar ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. İkincisi, Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikası rəsmən tanımaq istəmirlər. Üçüncüsü, Türkmənistan təşkilata əvvəlkitək üzv olmaq istəmir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq:

“Bu baxımdan İlham Əliyevin birgə hərbi təlimlər barədə təklifinin də reallaşması ehtimalı yüksəkdir. Rusiya mediası diqqəti ona çəkir ki, İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan “yanlış olaraq” belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Ona qalsa, İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, İlham Əliyev Qazaxıstan və Özbəkistan prezidentlərinin müxtəlif mövzulardakı təkliflərinin reallaşmasında maraqlı olmayacaq.

Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək. Halbuki Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndiriblər və son illərdə 3 dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib.

Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəldikdə, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələrin bu məsələyə ehtiyatla yanaşırlar. Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasının tanımadıqlarını irəli sürüb. Halbuki Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu, gələcəyin işidir, ancaq Şimali Kipr Respublikasının cümhurbaşqanının ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır.

Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitndən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun toplantıda iştirak etməcəyəni yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozları” da doğru çıxmadı.

Əslində Rusiya mediasının yazdıqları onu göstərir ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri