Kreml: Paşinyan tamamilə ziddiyyətli və çaşdırıcı açıqlamalar verir
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziirnin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasının 205-ci maddəsində beynəlxalq təşkilatlara üzvlüklə bağlı belə bir referendumun Ermənistan hökuməti tərəfindən təşəbbüs göstərilməli olduğu qeyd olunur. Lakin 2025-ci ildə "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" gələcək qanunun müzakirəsi zamanı Ermənistan tərəfinin Konstitusiyanın müddəalarına baxmayaraq, onun qəbul edilməsi üçün referendum tələb etmədiyini, çünki bu sənədin sadəcə mənasız siyasi bəyannamə olduğunu bildirib.
"İndi eşidirik ki, Ermənistanda iyun ayında keçirilən seçkilərin nəticələri guya özlüyündə Avropayönlü kursa ümumxalq dəstəyin, ölkədə Avropa norma və qaydalarının daha da tətbiqinin sübutudur. Bu da bir daha referenduma ehtiyac qalmadığını göstərir", - rusiyalı diplomat qeyd edib.
Qaluzin onu da xatırladıb ki, seçki kampaniyası zamanı Paşinyan bəzən tamamilə ziddiyyətli və çaşdırıcı açıqlamalar verirdi. “O, bəzən Ermənistanın hələ də AB-yə dəvət olunmadığını və heç vaxt üzv ola bilməyəcəyini açıq şəkildə etiraf edirdi. Həqiqətən də çox şey deyilib, amma bu, heç bir aydınlıq gətirmir", - o vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Avqust 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















