Icma.az
close
up
RU
Kreml Paşinyana qarşı keşiş ordusu yaradır: Ermənistanın KTMT dan və Rusiyadan qaçış qapısı qapadılır

Kreml Paşinyana qarşı keşiş ordusu yaradır: Ermənistanın KTMT dan və Rusiyadan qaçış qapısı qapadılır

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın son manevrləri hazırda Paşinyan hakimiyyətini daha mürəkkəb seçim qarşısında buraxıb... Kreml Ermənistana istəsə də, istəməsə də Rusiyanın orbitində qalmağa məcbur olduğunun mesajını verir...

Ermənistan hazırda taleyüklü keçid dövründədir. Belə ki, rəsmi İrəvan Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmağa cəhd göstərir. Kreml bundan ciddi şəkildə narahatdır və rəsmi İrəvana sərt xəbərdarlıq mesajları göndərir. Rəsmi İrəvan Rusiya və Qərb arasında nə qədər manevrlər etsə də, Ermənistanın geopolitik gələcəyi hələlik müəyyən suallar doğurmaqda davam edir. Və Paşinyan hakimiyyəti həmin suallara praqmatik cavablar tapmaqda hələlik çətinlik çəkir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) hərbi-siyasi statusu ilə bağlı açıqlaması Kremlin rəsmi İrəvanın son aylarda atdığı geopolitik addımları necə oxuduğunu açıq şəkildə nümayiş etdirir. Çünki Mariya Zaxarovanın sözlərinə görə, Ermənistan hələ də bu təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu status isə bütün hüquq və öhdəlikləri ilə qüvvədədir.

Yəni, Kreml açıq şəkildə bildirir ki, rəsmi İrəvanın tez-tez səsləndirdiyi “KTMT-ya üzvlüyün dondurulması” anlayışı bu hərbi-siyasi alyansın hüquqi bazasında ümumiyyətlə, mövcud deyil. Başqa sözlə, Rusiya Ermənistanın siyasi bəyanatlarını faktiki ayrılma və ya real hüquqi uzaqlaşma kimi tanımır. Əksinə, Kreml hesab edir ki, hüquqi və siyasi baxımdan, Ermənistanın bu təşkilat daxilində öz fəaliyyətini yenidən “tam, normal və aktiv” səviyyəyə qaytarması üçün heç bir əngəl yoxdur.

 

Maraqlıdır ki, Kremlin bu mövqeyi Rusiyanın Ermənistanı hələ də öz təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi gördüyünü göstərir. Daha dəqiq desək, Kreml Paşinyan hakimiyyətinin Qərbə doğru can atmasını strateji seçim yox, sadəcə, taktiki təzyiq aləti kimi qiymətləndirir. Və Rusiya rəsmi İrəvanın bu manevrlərinin hüquqi nəticələr doğurmasına imkan vermək niyyətində olmadığını sezdirir.

Belə anlaşılır ki, Rusiya Ermənistandan əl çəkmək, onun Qərbin təsir dairəsinə yerləşməsinə şans tanımaq istəmir. Yəni, rəsmi İrəvanın KTMT sammitlərini boykot etməsi, bu təşkilatın qərarlarını icra etməməsi və Rusiya ilə təhlükəsizlik dialoqunu faktiki olaraq, dondurmasına Kremlin belə sərt ritorika ilə reaksiya verməsi qətiyyən təsadüfi deyil. Və bu, rəsmi İrəvana açıq şəkildə “Ermənistan hələ də buradadır və çıxış qapısı hüquqi baxımdan, bağlıdır” məzmunlu mesajdır.

Təbii ki, bu yanaşma Rusiyanın postsovet məkanına münasibətinin klassik modelini ön plana çıxarır. Yəni, Kreml üçün formal üzvlük, hüquqi çərçivə və institusional bağlılıq real siyasi iradədən daha önəmlidir. Və Ermənistanın faktiki olaraq, Qərbə inteqrasiya cəhdləri isə Rusiya tərəfindən hələ tamamlanmamış proses kimi qəbul edilir.

Ona görə də, eyni geopolitik proses üzrə baş verən digər hadisələr isə daha simvolik və açıq mesaj xarakteri daşıyır. Buna ən açıq örnək olaraq isə ermənilərin “Erməni Apostol Kilsəsini Paşinyandan qorumaq” şüarı ilə aksiya keçirtmələrini göstərmək olar. Çünki bu nə qədər qəribə də olsa, bu aksiya İrəvanda deyil, məhz baş nazir Nikol Paşinyanın Rusiyaya səfərinə paralel olaraq, Moskvada keçirilib.

Əslində, elə yalnız bu fakt artıq çox şeyi izah edir. Çünki əgər, Paşinyan hakimiyyətinə real ölkədaxili siyasi-ictimai təzyiq mövcuddursa, bu etiraz dalğasının mərkəzi məhz Ermənistanın paytaxtı olmalı idi. Ancaq etiraz aksiyasının məhz Moskvada keçirilməsi onu göstərir ki, burada söhbət ölkədaxili vətəndaş narazılığından daha yox, xaricdən təşkil olunan siyasi-ideoloji kampaniyadan gedir.

Digər tərəfdən, aksiya iştirakçılarının əlindəki həbsdə olan revanşist keşişlərin və rusiyalı milyarder, “Taşir” holdinqin sahibi Samvel Karapetyanın portretləri bu prosesin arxasındakı "dirijor çubuğu"nun harada olduğunu daha da aydın şəkildə göstərir. Onu da qeyd edək ki, Samvel Karapetyanın əsas maliyyə aktivləri məhz Rusiya ərazisində yerləşir. Və onun son dönəmdə “milləti xilas etmək” ritorikası ilə İrəvana dönüşü, ardınca isə cinayət işi ilə həbs edilməsi Ermənistanda ciddi rezonans doğurmuşdu.

Göründüyü kimi, bütün bu məqamların ardıcıllıq təşkil etməsi qətiyyən təsadüfi deyil. Moskva küçələrində keçirilən bu aksiya faktiki olaraq, Kremlin erməni kilsəsi üzərindən Paşinyan hakimiyyətinə təzyiq mexanizmi rolunu oynayır. Erməni kilsəsi Rusiya üçün dini mərkəzdən daha çox, rəsmi İrəvana siyasi-ideoliji təzyiq aləti funksiyası daşıyır.

Məsələ ondadır ki, erməni kilsəsi ənənəvi olaraq, Rusiya-Ermənistan münasibətlərində Kremlin rəsmi İrəvana qarşı "yumşaq güc" elementlərindən biri kimi çıxış edir. Paşinyan hakimiyyətinin erməni kilsəsi ilə münasibətləri gərginləşdirməsi, radikal-revanşist və köhnə siyasi elitalara bağlı keşişlərin neytrallaşdırmaq cəhdləri Kremlin Ermənistandakı maraqları ilə toqquşur.

 

Çünki Kreml üçün erməni kilsəsi Ermənistan cəmiyyətinə siyasi-ideoloji təsir aləti, radikal-revanşist narrativlərin legitimlik daşıyıcısı, Paşinyan hakimiyyətinə qarşı ölkədaxili təzyiq mexanizmidir. Bu baxımdan, Moskvada keçirilən həmin aksiyanın da həm də Rusiya siyasi dairələrinin birbaşa təlimatı ilə keçirilmiş ola biləcəyi qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Kreml bir tərəfdən, Ermənistanın KTMT-də tamhüquqlu üzv olduğunu israrla vurğulayır. Digər tərəfdən isə Rusiya ərazisində Paşinyan hakimiyyəti əleyhinə etiraz aksiyaları sifariş edir. Bu iki məsələ bir-birini tamamlayır və Kremlin strateji niyyətini açıq göstərir. Rusiyanın Ermənistanı Qərbə doğru yönəlməsini əngəlləmək niyyəti daşıyır. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti hazırda daha mürəkkəb seçim qarşısında qalıb.

Çünki rəsmi İrəvanın Rusiya ilə açıq qarşıdurmaya getmək üçün kifayət qədər resursları yoxdur. Digər tərəfdən isə rəsmi İrəvanın yaxınlaşmağa can atdığı Qərbin də Ermənistana real təhlükəsizlik zəmanəti verməyə həvəsi qətiyyən müşahidə olunmur. Bu qəliz situasiyada erməni kilsəsi, diaspor, maliyyə elitaları və xarici təsir mərkəzləri arasında gedən amansız mübarizə daha da kəskinləşir. Və "keşiş ordusu"nu artıq hərəkətə gətirən Kreml Ermənistana istəsə də, istəməsə də, Rusiyanın orbitində qalmağa məcbur olduğunun mesajını verir.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see237

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see172

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see164

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see142

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see138

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see135

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see128

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri