Icma.az
close
up
RU
Kreml Putin Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı KONKRET

Kreml Putin Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündə Moskvanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları noyabrın ikinci ongünlüyündə bərpa etməyə hazır olduğunu bildirib.

KONKRET.az Rg.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüş təxminən üç saat davam edib. Tərəflər Ukrayna münaqişəsinin davamlı sülhlə başa çatdırılması yollarını müzakirə ediblər. Danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ehtimalı var.

Uşakovun sözlərinə görə, Uitkoff Rusiyanın danışıqları bərpa etmək niyyətinin ABŞ Prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanacağını bildirib.

Görüşdə Ukraynanın və Avropa ölkələrinin mövqelərindəki dəyişikliklər də müzakirə olunub. Bununla belə, Uşakov münaqişənin həlli ilə bağlı konkret təkliflərin az olduğunu qeyd edib.

Putin cəbhədəki vəziyyətlə bağlı Rusiyanın qiymətləndirməsini də təqdim edib və Rusiya qoşunlarının strateji təşəbbüsə malik olduğunu iddia edib.

Tərəflər xarici bazarlara yanacaq tədarükü ilə bağlı razılaşmaları, qlobal yanacaq bazarlarının sabitliyini və birgə iqtisadi layihələri də müzakirə ediblər.

Uşakovun bildirdiyinə görə, Çin noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Donald Trampın mümkün görüşünü təşkil etmək imkanlarını nəzərdən keçirir.

Bundan əlavə, Putin İran münaqişəsinin siyasi yolla həllinə kömək etməyə hazır olduğunu təsdiqləyib.

Uşakov, həmçinin, Rusiya prezidentinin ABŞ tərəfinin dəfələrlə müraciətindən sonra ABŞ vətəndaşı Stiven Habbardı əfv etdiyini bildirib. Onun sözlərinə görə, Tramp və administrasiyasının nümayəndələri Habbardın humanitar əsaslarla geri qaytarılmasını xahiş ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri