Kreml: Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton bildirir ki, Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması üçün sakinlərin fikirlərini nəzərə almaq lazımdır. Belə olan halda Qərb Rusiya ilə birləşməyə qərar vermiş Donbass və Novorossiya sakinlərinin fikrinə də hörmətlə yanaşmalıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vaşinqtondan xalqın rəyi, əhalinin rəyi ilə bağlı müxtəlif sözlər səslənir. Avropa buna çox utancaq reaksiya verir. Anlaşılandır ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın sözlərinə reaksiya vermək qorxuludur. Ona görə də Avropa çox ehtiyatlı, təvazökar, sakitcə, az qala pıçıltı ilə reaksiya verir”. İnsanların fikirlərini nəzərə almağın zəruriliyi haqqında fikirlər səslənirsə, bəlkə də Rusiya Federasiyasının dörd yeni regionunun əhalisinin fikirlərini xatırlamalıyıq. Və onların da fikrinə eyni hörməti göstərməliyik. Bunu xatırlamaq çox vacibdir", - deyə Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Yanvarın 7-də Donald Tramp Qrenlandiyanın milli təhlükəsizliyini təmin etmək və Çin və Rusiya təhdidlərindən qorunmaası üçün ABŞ-nin bir hissəsi olmalı olduğunu bəyan edib. Bundan əlavə, Tramp Kanadanın 51-ci ştat kimi Birləşmiş Ştatlara qoşulması ideyasını fəal şəkildə təbliğ edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















