Icma.az
close
up
RU
Kreml qubernatorları “qurbanlıq” hazırlayır Müharibənin fəsadları kimlərin üzərinə atılacaq?

Kreml qubernatorları “qurbanlıq” hazırlayır Müharibənin fəsadları kimlərin üzərinə atılacaq?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml 2026-cı ilin sentyabrına planlaşdırılan Dövlət Dumasına seçkilər ərəfəsində qeyri-populyar qubernatorları ”vurmağa” hazırlaşır. Kreml rəsmiləri ümid edirlər ki, bu, rusları Ukraynada uzun sürən müharibənin ağır fəsadlarından yayındıracaq və ƏDV-nin 22%-ə qədər artırılması, kiçik biznes üçün vergi rejiminin sərtləşdirilməsi ilə bağlı narazılığı azaldacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış “Meduza” kanalı Rusiya Prezident Administrasiyasına yaxın mənbələrə istinadla məlumat yayıb.

Mənbələrə görə, yerli hakimiyyət orqanları "adətən federal orqanlardan daha çox narazılıq yaradır": "Prezidentə qarşı şikayətlər səsləndirmək sadəcə təhlükəlidir. Federal nazirləri rusiyalıların çoxu tanımır. Qubernator isə ictimaiyyətin gözü qarşısındadır".

Mənbə qeyd edib ki, əksər regionlarda qubernatorlar yerli “Vahid Rusiya”ya rəhbərlik edir və merləri təyin edir. Ona görə də əgər nəqliyyat, kommunal xidmətlər və yollar pisdirsə, yerli sakinlər günahı vilayət qubernatorunun üzərinə atırlar.

Prezident Administrasiyasına yaxın mənbə qeyd edirki, qeyri-populyar qubernatorun istefası çox vaxt “əsl bayrama” çevrilir, xüsusən də bu, “kənar adam” – Kreml tərəfindən başqa regiondan gətirilmiş məmurdursa: "Elə hallar olub ki, əhalini bezdirmiş qubernator istefa verəndən sonra insanlar toplaşıb atəşfəşanlıq ediblər. Deməli, istefa həmişə bir müddət Kremlin xeyrinə işləyir".

O əlavə edib ki, qubernatorları seçkilərə yaxın vaxtda istefaya göndərmək daha yaxşıdır, çünki bu, insanlarda “müvəqqəti müsbət hisslər yaradır”. Bununla belə, yeni qubernatorun və onun komandasının "yerlərdə seçkilərdə inzibati resursların necə işlədiyini anlamaq üçün" zamana ehtiyacı var. Bu olmasa, Kreml istədiyi seçki nəticələrini əldə edə bilməz.

“Meduza”-nın Kremlə yaxın mənbələri bildirirlər ki, istefaya göndəriləcək qubernatorlar arasında Voloqda vilayətinin başçısı Georgi Filimonov, Samara vilayətinin rəhbəri Vyaçeslav Fedorişev və Kareliyanın rəhbəri Artur Parfençikov var. Amma siyahı böyüyə də bilər. Filimonovun bəyənmə reytinqi abort qadağası, alkoqola qoyduğu məhdudiyyət və digər səbəblərə görə, 25-30% arasında dəyişir. Bundan əlavə, Voloqda vilayətinin qubernatoru bölgənin ən böyük vergi ödəyicisi olan “Severstal”ın sahibləri ilə münaqişədədir.

Mənbənin məlumatına görə, Kreml bundan əvvəl Fedorişevə son xəbərdarlıq edib ki, seçkilər öncəsi “Vahid Rusiya”nın reytinqinə xələl gətirməsin və “sakit otursun”.

Bu arada hüquq-mühafizə orqanları ilə Kareliya qubernatoru Parfençikov arasında münaqişə olduğu bildirilir. Artıq bir neçə regional hökumət məmuru həbs edilib.

Prezident Administrasiyasına yaxın mənbələrinin bildirdiyinə görə, “qubernatorluq korpusunun təftişi” davam edəcək və Dövlət Dumasına seçkilərə qədər mütləq “yeni qurbanlar” meydana çıxacaq.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri