Icma.az
close
up
RU
Qurbanlıq cəlladlar

Qurbanlıq cəlladlar

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çox maraqlı məşğuliyyətdir - köhnə qəzet və jurnalları nəzərdən keçirmək. Və "Smena” jurnalının 1937-ci il noyabr nömrəsinin "Yeni kitablar” rubrikasında "Xarici kəşfiyyat orqanlarının bəzi metod və üsulları” adlı kitabdan bəhs edən yazı ilə rastlaşıram. 

Kitab kollektiv əməyin məhsuludur, 13 nəfər (o cümlədən, SSRİ-nin Baş prokuroru Andrey Vışinski) tərəfindən yazılıb. Ancaq jurnal məhz bir nəfərin - həmin vaxt Leninqrad vilayət NKVD-sinə rəhbərlik edən Leonid Zakovskinin yazdıqlarına yer verir. Görünür, məhz Zakovskinin adı qabardılmalıydı.

Zakovskinin məqaləsi "Casusları, təxribatçıları və ziyankarları sonadək məhv edək!” adlanır. Məqaləni oxuyursan və məchul bir hiss keçirirsən - cəmisi 3 ay sonra müəllif özü casus və təxribatçı kimi həbs olunacaq, daha 5 ay sonra isə güllələnəcəkdi. Onu "NKVD-də latış əksinqilabi təşkilatını qurmaqda, Almaniya Polşa və İngiltərəyə casusluqda” ittiham edəcəkdilər. Hələlik isə Zakovski oxuculara əksinqilabçıları və casusları necə ifşa etməyi öyrədir.

Həbsə qədərki müddətdə onu karyerasında daha bir irəliləyiş gözləyirdi. Leninqradda Sergey Kirovun qətli ilə bağlı istintaqa rəhbərlik etmiş bu şəxsi Moskva vilayət NKVD-sinə rəhbər təyin edəcəkdilər. Onun bu vəzifəni tutduğu iki ay repressiyaların ən kütləvi dövrü kimi tarixdə qalacaqdı. Həbs olunan çoxsaylı insan arasında onun xeyli həmvətəni - latış kommunistləri də vardı.

Milliyyətcə latış olan Zakovskinin heç orta təhsili də yoxdu, gəncliyində yunqa olmuş, anarxistlərə qoşulmuş, Fevral inqilabı ərəfəsində 3 illik sürgündən qayıtmış, Oktyabr inqilabında iştirak etmişdi. Həyatının sonrakı hissəsi bütünlüklə güc strukturlarında fəaliyyətlə bağlıydı. "Smena” jurnalı onu "əsl bolşevik”, "Yejovun sadiq köməkçisi” kimi təqdim edir. 

Onun bioqrafiyası ilə tanışlıq ağıllara məşhur Erix Frommun fikrini gətirir: "Bəşəriyyət üçün əsas təhlükə psixi xəstələrdən yox, qeyri-məhdud hakimiyyətə yiyələnmiş adi adamlardan gəlir”. Yaxud, diindarlar "Tanrı adil olmayan şəxsi güclü olmaq şərindən qorusun” deyirlər. İstənilən dövrlərdə repressiya aparatına məhz mənəviyyatdan və savaddan məhrum Zakovskilər lazım olur. Onlara insanlar üzərində qeyri-məhdud hakimiyyət şansı verilir, məmnuniyyətlə cəllada çevrilən bu dünənki adi adamlar etdiklərinə görə səxavətlə mükafatlandırılır. Ancaq hansısa ana qədər - sonra cəllad özü qurbanlığa çevrilir. Bir çırpı kimi tonqala atılır. Və sanki ədalət bərpa olunur.

Zakovski məqaləsində yazır ki, "Komsomol təşkilatlarında siyasi-maarifçi və mədəni-tərbiyə işlərinin səviyyəsi qeyri-qənaətbəxşdir”, ona görə də "Məhkəmə prosesləri xainlərin öz xəyanət və satqınlıqlarında hansı Herkules sütununa qədər yüksəldiyini göstərir”, yəni, ifşa edin, donos yazın, casusları axtarıb tapın.

Zakovski bu "casuslar”ı necə tapmağın üsul və misallarını da göstərir. Məsələn, "Elmi-tədqiqat institutlarından birinin həbs olunmuş keçmiş rəhbəri danışır ki, Vətən xaini Serebryakov ona yol tikintisi planını pozmağı tapşırıb”. Yaxud, "Müdafiə əhəmiyyətli qurğular hazırlayan laboratoriyalardan birində Vətən xaini Lev Kamenevin oğlu Aleksandr Kamenev çalışırdı. O, atasının birbaşa əmri ilə təxribatçı-ziyançı qrup yaratmış, bununla da Qızıl Orduya lazım olan cihazların istehsalını ləngitmiş, laboratoriyanı isə partlatmağa hazırlaşmışdı”.

Bu epizodda söhbət məşhur bolşevik Kamenevin təyyarəçi oğlundan gedir. O, 1937-ci ildə həbs olunaraq 31 yaşında güllələnir. 

Göründüyü kimi, hər iki misalda cinayətin heç bir sübutu yoxdur, ittihamlar şayiələrə (kimsə kiməsə nəsə deyib) və fiksiyaya (heç bir laboratoriya partladılmayıb) söykənir. Ancaq bu, Zakovskiyə insanları ölümə göndərməyə, xəstə təxəyyülünü təbliğat faktı kimi yaymağa və öz ambisiyalarını gerçəkləşdirməyə mane olmur. Onun kimi çoxsaylı personajlar yalnız bir şeydən qorxurlar - yuxarıdan gələn direktivi qat-qat artıqlaması ilə yerinə yetirməsələr, özləri də qeyri-loyal sayılarlar. Və nə qəribə ki, onların ağıllarına gəlməyən sonunda başlarına gəlir - bu cəlladları məhz ifrat canfəşanlıqlarına, hər günahkarın yanına günahsız insanları da qoşub həbsə və ölümə göndərdiklərinə görə edam etdilər.

Zakovskinin güllələnməsindən sonra partiyanın Mərkəzi Komitəsinin yerlərdəki təşkilatlara göndərdiyi məktublardan birində o, digər cəlladlarda birlikdə "əclaf” adlandırılır və "təsadüfən həbs edilmiş namuslu insanlara qarşı işgəncə tətbiq etməkdə” günahlandırılır.

Zakovski məhkəmədəki son sözündə deyir: " Mənim tərəfimdən istintaqda olduqca çox namuslu insan şərlənib. Odur ki, taleyimin sonunu çox yaxşı bilirəm”.

Biz isə günahsız insanları həbs edənlərin, onların istintaqını aparanların, onlara cəza istəyənlərin və sonunda hökm oxuyanların ümumiləşmiş və mütəmadi təkrarlanan obrazı olan Leonid Zakovskinin 1938-ci ilin 29 avqustunda güllələnməyə aparılarkən nələr düşündüyünü heç zaman bilməyəcəyik. Bildiyimiz isə odur ki, cəmisi bir neçə ay əvvəl özünü bəxtəvər, "taleyin ərköyünü”, "dövlətçiliyin sadiq qoruyucusu” və insanların həyatının sahibi sayırdı.

Və Zakovski onu da bilmirdi ki, özündən 3 gün əvvəl həyat yoldaşı, 1 gün əvvəl qardaşı güllələnib, bacısını isə 5 gün sonra - sentyabrın 3-də güllələyəcəklər...

P.S. 2 dəfə - 1956-cı və 1987-ci ildə Leonid Zakovskinin cinayət işiinə təkrar baxılıb, hər ikisində onun reabilitasiyasının mümkün olmadığı qərarı çıxarılıb. "Reabilitasiya üçün əsas yoxdur” izahı ilə...

Məmməd Süleymanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri