Icma.az
close
up
RU
Qurbanlıq ət kimlərə paylanılmalıdır?

Qurbanlıq ət kimlərə paylanılmalıdır?

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd olunacaq. 

BAKU.WS-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 6-dan başlayaraq üç gün davam edəcək. İyunun 6-da məscidlərimizdə bayram namazları qılınacaq.

Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər. Bayramın mənəvi və sosial aspektləri, cəmiyyətin həmrəyliyini və yardımlaşma ruhunu gücləndirir.

Qurban kəsmək vacibdirmi?

Qurban kəsmək iki yerə bölünür: vacib və müstəhəb. Vacib qurbanlıq həcc ayinini icra edənlər üçün, habelə əhd, nəzir və bu kimi məsələlərdə vacibdir. Ümmət arasında bu gün qurbanlıq kəsmək ənənəsi müstəhəbdir. İmkanı olan şəxs üçün qurban kəsmək təkid olunmuş müstəhəb əməldir.

Kimlər qurban kəsdirə bilər?

İnsanın qurban kəsməyə pulu varsa, lakin onun pulunu imkansız və ehtiyaclı adama verə bilər. Özünün və ailənin adından bir heyvanı qurban kəsmək olar. Şərikli şəkildə qurban kəsmək olar.

Qurbanlıq heyvanı nə vaxt kəsmək lazımdır?

Qurban kəsmək üçün ən yaxşı vaxt, "Qurban bayramı" günü Günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır. Qurbanlıq üç heyvandan biri olmalıdır; dəvə, inək və xırda buynuzlu heyvan. Dəvə beş yaşdan, inək və keçi iki yaşdan və qoyun isə yeddi aydan kiçik olarsa, onları qurban kəsmək caiz deyil

Vacib qurbanda şərt olan xüsusiyyətlər, müstəhəb qurban üçün şərt deyil. Belə ki, tək gözlü, axsaq, qulağı kəsilmiş, buynuzu sınmış və arıq heyvanı qurban kəsmək olar. Lakin daha yaxşı olar ki, heyvanın əzaları sağlam və özü də kök olsun. İnsanın özünün bəslədiyi heyvanı qurban kəsməsi məkruhdur.

Kəsilən heyvanın paylanıması necə olmalıdır?

Qurbanı kəsən şəxsə, kəsdiyi heyvanın üçdə birini özü, yaxud ailəsinin yeməsi üçün ayırması, digər üçdə birini isə müsəlmanlardan istədiyi şəxsə verməsi caizdir. Lakin daha yaxşı olar ki, sonuncu üçdə birini fəqir müsəlmanlara sədəqə versin.

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri