“Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kremlə bağlı siyasi ekspertlər gün ərzində Ukraynanın Moskvanın yanacaq və neftayırma zavodlarına raket və dron hücumlarını iki səbəblə izah ediblər. Birincisi, guya Kiyevin məqsədi Rusiyada Dövlət Dumasına keçirilən seçkiləri pozmaq olub. İkincisi, Kiyev guya bu hücumlarla Qərbdən daha çox maliyyə almağa çalışır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Avropa İttifaqı onsuz da Ukraynaya maliyyə yardımını kəsmir, çünki Brüssel Ukraynanın Rusiyaya məğlub olmasını istəmir. O ki qaldı, Dövlət Dumasına seçkilərə, SSRİ diktatoru Stalinin məşhur kəlamı Kreml üçün bu gün də keçərlidir: “Vətəndaşların necə səs vermələrinin əhəmiyyəti yoxdur, əsas bu səslərin necə sayılmasıdır”. Yəni Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək. Bu isə o deməkdir ki, Rusiya cəmiyyətinin önəmli hissəsi hələ də Putinin Ukraynaya qarşı savaşını dəstəkləyir. Bu həmin kəsimdir ki, sorğularda milyonlarla insanın qətlinə səbəb olan Stalini “böyük lider” adlandırır”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Sentyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















