Icma.az
close
up
RU
Kreml “strateji səssizlik” mərhələsinə keçir Qərblə münasibətlərdə yeni dövr

Kreml “strateji səssizlik” mərhələsinə keçir Qərblə münasibətlərdə yeni dövr

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti dəfə Qərbin siyasətini tənqid edib. O bildirib ki, xüsusən NATO Moskva ilə münasibətlərdə qeyri-konstruktiv yanaşma sərgiləyir. Peskov həmçinin Rusiya və ABŞ liderləri arasında görüşə ehtiyac olmadığını da qeyd edib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Peskovun bəyanatı Rusiya diplomatiyasının taktiki xəttində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Onun “liderlər səviyyəsində görüşə ehtiyac yoxdur” fikri əslində iki əsas mesaj verir. Birincisi, Moskva Ukrayna məsələsini artıq siyasi simvolizm və yüksək səviyyəli sammitlər çərçivəsindən çıxararaq praktiki, texniki müzakirələr müstəvisinə çəkmək niyyətindədir. İkincisi isə Rusiya ABŞ-la danışıqlara yalnız konkret nəticə və qarşılıqlı güzəştlər üçün real zəmin yarandığı halda getmək istəyir. Son dövrlərdə Rusiya rəsmilərinin çıxışlarında da müşahidə olunur ki, Moskva “simvolik diplomatiya”dan uzaqlaşır. Yəni liderlərin görüşləri və ictimai nümayişlərlə müşayiət olunan siyasi tədbirlər əvəzinə diplomatik və hərbi ekspertlər səviyyəsində texniki danışıqlara üstünlük verilir. Bu yanaşma bir tərəfdən Rusiya üçün reputasiya riskini azaldır, digər tərəfdən isə beynəlxalq təcrid şəraitində “müzakirə aparan tərəf” imicini qorumağa xidmət edir”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, Kreml ABŞ-la münasibətlərdə yeni mərhələyə keçib:

“Moskva indi geniş siyasi bəyanatlar yox, konkret gündəlik məsələlər — atəşkəsin mexanizmləri, təhlükəsizlik təminatları, sanksiyaların mərhələli yumşaldılması kimi praktiki istiqamətlər üzrə müzakirələri daha məqsədəuyğun hesab edir. Bu, həm də Rusiyanın ABŞ-dan bərabərhüquqlu tərəf kimi yanaşma tələbinin davamıdır. Rusiya sammitlərdən texniki danışıqlara keçməklə bir neçə məqsəd güdür. Əvvəla, liderlər səviyyəsində uğursuz görüşlər Moskvanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər. Texniki formatlar isə bu riski aradan qaldırır. Bundan əlavə, belə danışıqlar uzunmüddətli xarakter daşıdığı üçün Rusiya döyüş meydanında mövqelərini möhkəmləndirmək və daxili resurslarını bərpa etmək üçün vaxt qazanır. Eyni zamanda texniki kanallar vasitəsilə Vaşinqtonla əlaqələrin qorunması sanksiyaların mərhələli yumşaldılması üçün də əlavə imkanlar yaradır.

Nəticə etibarilə, Peskovun açıqlaması göstərir ki, Rusiya artıq Ukrayna məsələsində açıq diplomatiya dövrünü arxada qoyur və “strateji səssizlik” mərhələsinə daxil olur. Moskva ictimai platformalarda deyil, kuluar və texniki danışıqlar vasitəsilə öz maraqlarını təmin etməyə, yəni real nəticə verə biləcək praktik mexanizmlər üzərindən prosesləri yönləndirməyə çalışır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri