Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

KREML TƏBLIĞATI “VALI” DƏYİŞİR? “Prezident Əliyev ən etibarlı strateji tərəfdaşımızdır”

KREML TƏBLIĞATI “VALI” DƏYİŞİR? “Prezident Əliyev ən etibarlı strateji tərəfdaşımızdır”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiyanı Azərbaycanla qarşıdurmaya salmağa çalışırdılar”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski Kreml təbliğatçısı Vladimir Solovyovun verilişində deyib.

“Bu gün Azərbaycan Rusiyanın heç vaxt bizi çətin vəziyyətdə qoymayan strateji tərəfdaşıdır. Azərbaycan Prezidenti İlham Əliyev postsovet məkanında bizim ən etibarlı strateji tərəfdaşımız, ya da ən etibarlılarından biridir”- deyə, o, bildirib.

Təbii ki, hər zaman Kremlin göstərişi ilə danışan Slutski əlavə edib ki, Prezident İ.Əliyev Rusiyaya münasibətdə etibarlılığına görə hətta Belarus Prezidenti Aleksandr Lukaşenko ilə müqayisə edilə bilər.

Özü də bütün bunlar iki gün əvvəl Azərbaycanı az qala işğalla hədələyən Kremlin çirkin təbliğat ruporu, açıq ermənipərəsət, imperiyaçı və şovinsit Solovyovun canlı efirində, onun iştirakı ilə səsləndirilir. Solovyov cəmi iki gün əvvəl bu efirdən Azərbaycana qarşı iqtisadi sanksiyalardan hərbi müdaxiləyə qədər bir çox təhdidlər püskürürdü, onun qonaqları Bakını, Rusiyadakı Azərbaycan diasporunu “asıb-kəsirdi”. İndi isə tamamilə başqa “mahnılar oxunur”.

Qeyd edək ki, 5 gün əvvəl qatı şovinist Vladimir Jirinovskinin “yadigarı” olan, hazırda Slutskinin başçılıq etdiyi LDPR-in Dumadakı fraksiyasının sədr müavini, deputat Andrey Luqovoy Azərbaycan və Rusiyada yaşayan azərbaycanlılar barədə tamamilə başqa cür danışmışdı.


Özü də Bakıda, hərbçi ailəsində anadan olmuş Luqovoy Rusiaynın Qafqazı “partlada biləcəyinə” eyham vurmuşdu: “Qafqazda hər şey barıt üzərindədir. Bir ehtiyatsız hərəkət və partlayış olacaq”.

“Deputat” Yekaterinburqdakı vəhşiliyi “xüsusi xidmət orqanlarımızın güclü əməliyyatı”, öldürülən və həbs edilən azərbaycanlıları isə “etnik mütəşəkkil cinayətkar qrup” adlandırmışdı. 

Azərbaycanlıları müxtəlif cinayətlərdə ittiham edən Luqovoy guya hər şeyin qanuna uyğun şəkildə həyata keçirildiyini iddia etmiş, Bakının buna münasibətini isə “diplomatik isteriya” adlandırmışdı: “Azərbaycan hakimiyyəti Rusiyanı “qəddar hərəkətlərdə” ittiham edib və Rusiya tədbirlərini: tamaşaları, konsertləri, hətta “Şelkunçik”, “Düyməcik” və “Master və Marqarita”nı qadağan edib. Türkiyə və Azərbaycan mediası buna qoşulub və açıq şəkildə Rusiyanı “zorakılıqda” ittiham edir, Azərtac dövlət xəbər agentliyi isə ölkəmizi 1930-cu illərdəki nasist Almaniyası ilə müqayisə edir. Bu artıq reaksiya deyil - birbaşa siyasi hücumdur. Bakıda qərar veriblərsə ki, öz evimizdə qayda-qanun yaratdığımız üçün üzr istəməliyik, qoy bunu unutsunlar. Rusiya əyilmir!".

İndi isə Luqovoyun “xoruzlanmasına” baxmayaraq, onun dediklərinin tam əksini görürük. Onun özünün təmsil olunduğu partiyanın sədri Kremlin ruporu olan Solovyovun verilişində Azərbaycanı və Azərbaycan Prezidentini “ən etibarlı strateji tərəfdaş” adlandırır və kimlərinsə Moskva ilə Bakının arasını vurmağa çalışdığını iddia edir. Bu mənzərə isə Luqovoyun “Rusiya əyilmir” ifadəsini, yumşaq desək, sual altına alır…

Onu da qeyd edək ki, ötən gün Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "VÇK-OQPU" kanalı Vladimir Putinin Azərbaycanla münasibətlərdəki çatları aradan qaldırmaq istədiyini bildirib. 

Məlumata görə, hazırda Moskvada iki ölkə arasında gərginliyin həllinə cəhd etmək məqsədi ilə gələn həftə qeyri-rəsmi olaraq Bakıya səfər edəcək nümayəndə heyəti formalaşdırılır: “Bakıya şəxsən Putindən mesaj çatdırılacaq və səfər zamanı həbs olunanların "mübadiləsi" təklifi edilə bilər".

Kanalın məlumatına görə, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı və Rusiyanın indiki fövqəladə hallar naziri, Azərbaycan hökumətinin üzvləri ilə yaxşı şəxsi münasibətləri olduğu deyilən Aleksandr Kurenkov başçılıq edə bilər.

Kanal qeyd edir ki, hazırda Azərbaycanla münasibətləri çətinləşdirmək Kremlin planlarında deyil. Kremlə yaxın mənbə kanala deyib: “Bu, indi Moskva üçün sərfəli deyil və onun bir neçə sahədə münaqişə aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur".

Bu məlumat rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməsə də, ümumilikdə prosesin Moskva tərəfindən “yumşalmaya doğru” yönləndirildiyi açıq görünür.

Bu arada Rusiya Dumasının anti-Azərbaycan mövqeyilə xüsusi seçilən, hətta 2022-ci ildə Bakını bombalamağı təklif edən deputatı Mixail Delyagin maraqlı fikir səsləndirib. O deyib ki, Azərbaycan son davranışları ilə “Rusiyaya dərs verdi”: “Xoşumuza gəlsə də, gəlməsə də, Azərbaycan göstərdi ki, milli maraqlar heç bir pula satılmır”.

Artıq əksər Kreml “ekspertləri” və dövlət rəsmiləri Azərbaycanın və onunla münasibətlərin Rusiya üçün vacibliyi barədə danışırlar, son qarşıdurmada isə “üçüncü qüvvələri” günahlandırırlar. Bu da Kremlin “valı dəyişməsinin” açıq göstəricisi sayıla bilər…

C.Məmmədli

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri