Icma.az
close
up
RU
Kreml “Tomahawk” raketlərindən niyə qorxur? MTİ

Kreml “Tomahawk” raketlərindən niyə qorxur? MTİ

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Kreml ABŞ-ın Ukraynaya “Tomahawk” qanadlı raketlərinin satışını əngəlləmək məqsədilə genişmiqyaslı informasiya kampaniyasını davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) son hesabatında bildirilir.

Analitiklərin fikrincə, Rusiya rəhbərliyi öz təbliğatı vasitəsilə bu raketlərin mümkün tədarükünü təhlükəli eskalasiya kimi təqdim etməyə çalışır. Məqsəd isə Vaşinqtonu bu addımdan çəkindirməkdir.

Moskva bu cür informasiya kampaniyalarına daha əvvəl də əl atıb. Belə ki, Ukraynaya "ATACMS" taktiki raket sistemləri, "HIMARS" reaktiv yaylım atəş sistemləri, "F-16" qırıcıları və “Abrams” tanklarının verilməsi məsələsində də eyni metoddan istifadə olunub.

“Lakin ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar tədarük etməsi və Kiyevin bu silahlarla Rusiya hədəflərinə zərbələr endirməsi heç bir real eskalasiyaya səbəb olmayıb. Hətta Ukrayna və Qərb dəfələrlə Rusiyanın "qırmızı xətləri"ni keçsə də, ciddi nəticələr müşahidə edilməyib”, – deyə analitiklər vurğulayıb.

Kreml “Tomahawk” raketlərinin verilməsi ilə bağlı ritorikasını da məhz bu strategiyanın bir hissəsi olaraq həyata keçirir. Rusiya beləliklə, qarşı tərəfi öz maraqlarına uyğun qərarlar verməyə sövq etməyə çalışır – bu isə “refleksiv nəzarət” adlanan daha geniş taktikanın tərkib hissəsidir.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərar qəbul edə biləcəyini açıqlayıb. O eyni zamanda bildirib ki, Ukraynanın bu raketlərdən necə istifadə etməyi planlaşdırdığı barədə dəqiq məlumata malik olmaq istəyir.

Bununla yanaşı, “The Telegraph” nəşri qeyd edir ki, ABŞ raketlərinin Ukraynaya çatdırılması bir neçə ay çəkə bilər. Hətta bu raketlər istifadə olunmasa belə, onların varlığı belə Kremldə ciddi narahatlıq doğurur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri