Kreml Trampın Rusiya ilə bağlı dediklərinə reaksiya verib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı işlətdiyi ifadələrə reaksiya verib.
Reyting.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Trampın Rusiyanı “kağız pələng” kimi tənqid etməsinə “Rusiya ayı ilə eyniləşdirilib, “kağız ayı” deyə bir şey yoxdur”,- şəklində cavab verib.
Peskov Putinin Trampın Ukraynada həll yolu axtarışına müsbət baxdığını, Trampın isə Moskvanı müharibədə uğursuzluğa düçar etməkdə ittiham etdiyini bildirib.
Peskov deyib ki, Rusiya həmişə ayı ilə eyniləşdirilib və “kağız ayı” deyilən bir şey yoxdur.
Peskov bəyan edib ki, Putin Trampın Ukrayna müharibəsinə həll yolu tapmaq istəyini yüksək qiymətləndirir, belə bir kompromis ABŞ və Rusiya arasında münasibətlərin canlanmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Donald Tramp Avropanı Rusiya nefti və qazının idxalını dayandırmağa çağırıb. O, ABŞ-nın Çinə qarşı sanksiyalarla bağlı avropalı müttəfiqlərinin xəttini izləyəcəyini bildirib.
Tramp sosial şəbəkədə Ukraynanın NATO müttəfiqlərinin dəstəyi ilə işğal etdiyi ərazilərini geri ala biləcəyini də yazıb və Rusiyanın göründüyündən daha zəif olduğunu diqqətə çatdırıb.
“Rusiya üç il yarımdır mənasız bir müharibə aparır. Həqiqi hərbi güclə bir həftədən az davam edəcək müharibəni qazana bilməməsi rusları kağız pələnglərə bənzədir”,- Tramp deyib.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Kreml Trampın fikirlərinə reaksiya verib
03 Sentyabr 2025 13:42
“ABŞ Trampın nüvə sınaqları ilə bağlı dediklərinə aydınlıq gətirməyib” Kreml
05 Noyabr 2025 15:20
Rusiya Trampın dediklərinə inanmır KONKRET
15 Noyabr 2024 09:48
Qərb Trampın “Tomaqavk” raketləri ilə bağlı dediklərinə reaksiya verdi
07 Oktyabr 2025 14:40
Filippo Trampın Rusiya ilə bağlı açıqlamasına reaksiya verib...
17 İyun 2025 19:33
Baxış sayı:52
Bu xəbər 24 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















