Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Kreml üçün pis xəbər: Hörmüz müqabilində Putinə qarşı cəbhə

Kreml üçün pis xəbər: Hörmüz müqabilində Putinə qarşı cəbhə

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-İran arasında əldə olunan anlaşmadan sonra beynəlxalq diqqətin yenidən Rusiya-Ukrayna müharibəsinə yönələcəyi artıq istisna deyil. Son aylarda Yaxın Şərqdə yaşanan böhran qlobal gündəmin əsas mövzusuna çevrilmiş, Ukrayna müharibəsi isə nisbətən ikinci plana keçmişdi. Lakin Versalda imzalanan ABŞ-İran anlaşması ilə geosiyasi prioritetlərin yenidən dəyişdiyi müşahidə olunur.

Bu məsələ Fransa ərazisində keçirilən G7 sammitinin əsas müzakirə mövzularından biri olub. Almaniya Kansleri Fridrix Merzin, Fransa Prezidenti Emmanuel Makronun və digər Avropa liderlərinin açıqlamaları göstərir ki, Avropa Vaşinqtonun Ukrayna məsələsində daha fəal rol almasını gözləyir və Donald Trampın Moskvanı danışıqlar masasına gətirmək üçün əlavə təzyiq mexanizmlərini işə salacağına ümid bəsləyirlər.

Lakin Trampın da öz şərtləri var
ABŞ Prezidenti açıq şəkildə bildirir ki, Vaşinqton qlobal təhlükəsizlik yükünü təkbaşına daşımaq niyyətində deyil və Avropanın da bu məsələdə ciddi yük qoymaq istəyir. Əgər Avropa Ukrayna məsələsində ABŞ-nin liderliyindən yararlanmaq istəyirsə, o zaman Yaxın Şərqdə də Vaşinqtonun strateji prioritetlərinə dəstək verməlidir.
Bu kontekstdə Hörmüz boğazı xüsusi əhəmiyyət kəsb edir.
İranla əldə olunan razılaşmadan sonra ABŞ-ın qarşısında duran əsas vəzifələrdən biri boğazın tam təhlükəsizliyinin təmin olunmasıdır. Minaların təmizlənməsi, beynəlxalq gəmiçiliyin bərpası, enerji daşımalarının təhlükəsizliyinin qorunması və yeni təhlükəsizlik mexanizmlərinin yaradılması böyük maliyyə və hərbi resurslar tələb edir.
Məhz buna görə də Tramp Avropaya faktiki olaraq yeni geosiyasi düstur təklif edir: "Hörmüzə dəstək müqabilində Ukraynaya dəstək və Putinə təzyiq".
Bu yanaşma ABŞ-ın son illərdə formalaşdırdığı "yükün bölüşdürülməsi" strategiyasına tam uyğundur. Vaşinqton hesab edir ki, Avropa yalnız Ukraynada deyil, Yaxın Şərqdə də məsuliyyət paylaşmalıdır.

Əslində Trampın hesablaması daha geniş geosiyasi məntiqə əsaslanır.
İranla razılaşmanın əldə olunması və Hörmüz boğazının açılması qlobal enerji bazarlarında sabitliyi artırır. Bu isə Rusiyanın əsas gəlir mənbəyi olan enerji ixracına mənfi təsir göstərə bilər. İran neftinin dünya bazarlarına qayıtması enerji sektorunda rəqabəti gücləndirəcək, qiymətlərin yüksək səviyyədə qalmasını çətinləşdirəcək.
Nəticədə Kremlin Ukrayna müharibəsini maliyyələşdirmək imkanları müəyyən qədər məhdudlaşa bilər. Bu, Trampın Putinə qarşı istifadə edə biləcəyi ən mühüm təzyiq vasitələrindən biridir.

ABŞ prezidenti Rusiya ilə birbaşa hərbi qarşıdurmaya getmək istəmir. Əvəzində Tramp, Venesuelada, İranda olduğu kimi Rusiyanın iqtisadi və geosiyasi imkanlarını zəiflətməyi hədəfləyir. Enerji bazarlarının yenidən formalaşdırılması, İranın qlobal iqtisadi sistemə reinteqrasiyası və Avropanın ABŞ-ın enerji strategiyasına cəlb olunması Kremlin manevr imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, İran böhranının səngiməsi Kremlin son aylarda əldə etdiyi mühüm üstünlüklərdən birini də əlindən alır.

Moskva hesab edirdi ki, Yaxın Şərqdə böhranın dərinləşməsi Qərbin diqqətini Ukraynadan yayındıracaq. Bu müddətdə Rusiya həm cəbhədə mövqelərini gücləndirməyə, həm də diplomatik təzyiqlərdən yayınmağa nail olmağa çalışırdı. Lakin bu strategiya özünü doğrultmadı.
İndi Vaşinqtonun diqqəti yenidən Ukraynaya yönəlir. ABŞ və Avropa arasında koordinasiya güclənir. Bu isə Kremlin qarşısında yeni çağırışlar yaradır.

Moskvanın daxili vəziyyəti də əlavə problemlər yaradır. Hərbi personalın artırılması ilə bağlı ardıcıl fərmanlara baxmayaraq, gözlənilən nəticələr əldə olunmur. Uzun sürən müharibə iqtisadiyyata, sosial sahəyə və insan resurslarına ciddi yük gətirib.
Belə şəraitdə Tramp administrasiyası hesab edir ki, iqtisadi təzyiq, enerji bazarlarında dəyişikliklər və diplomatik təcrid Kremlin mövqelərini zəiflədə bilər.

Bununla yanaşı, ABŞ Avropanı Ukrayna danışıqlarının əsas siyasi iştirakçısına çevirmək istəmir. Vaşinqton və Moskva daha çox ABŞ-Rusiya-Ukrayna formatına üstünlük verirlər. Avropaya isə əsasən postmüharibə bərpası, maliyyələşdirmə və təhlükəsizlik təminatları sahəsində rol ayrılması ehtimal olunur.
Beləliklə, ABŞ-İran anlaşması yalnız Yaxın Şərqdə sülh təşəbbüsü deyil. Bu sənəd eyni zamanda Tramp administrasiyasının Ukrayna müharibəsinə dair yeni geosiyasi strategiyasının mühüm hissəsidir.

Bu strategiyanın mahiyyəti sadədir: Hörmüzdə sabitlik yaratmaq, enerji bazarlarını nəzarətə götürmək, Avropanı daha çox məsuliyyət daşımağa sövq etmək və nəticədə Kremlə iqtisadi-siyasi təzyiq imkanlarını genişləndirmək.
Görünən odur ki, Tramp üçün Hörmüz boğazı ilə Donbas cəbhəsi artıq bir-birindən ayrı deyil. Onlar eyni geosiyasi şahmat taxtasının fərqli xanalarıdır.

 Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri