Kreml Ukraynada dalana dirənib
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Rusiya-Ukrayna müharibəsində Moskva üçün strateji tənəzzül göstəricisi qeydə alınıb. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yaydığı son analitik hesabatda bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin işğal əməliyyatları başlayandan bəri ilk dəfədir ki, il ərzində ərazi qazancları baxımından "sıfır balansı"nda qalıb.
“Yeni Sabah” xəbər verir ki, İnstitutun məlumatına görə, Rusiya ordusunun cari il ərzində böyük itkilər hesabına ələ keçirdiyi ərazilərin ümumi sahəsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlar nəticəsində geri qaytardığı torpaqların sahəsi ilə bərabərləşib. Bu isə Rusiyanın cəbhədəki irəliləyişinin tamamilə dayandığını və hücum potensialının tükəndiyini göstərir.
Analitiklər diqqətə çatdırırlar ki, Rusiya hərbi komandanlığı cəbhə xəttində kritik canlı qüvvə çatışmazlığı ilə üz-üzə qalıb. İtkilərin yerini doldura bilməyən generallar və hərbi rəhbərlik mövcud mövqeləri saxlamaq və hücumları bərpa etmək üçün Vladimir Putinə yeni kütləvi səfərbərlik dalğası elan etməsi istiqamətində təzyiqləri artırıblar. pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 15 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















