Icma.az
close
up
RU
Kreml “zəif bənd” axtarışında

Kreml “zəif bənd” axtarışında

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Kreml başqa dövlətlərə də həmlə etmək istəyəcək”

“Kreml əlavə cəbhə açacaq gücə malik deyil”

Son günlər ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasındakı münasibətlərin yüksək səviyyədə olması diqqət çəkir. Hətta Trampın Ukraynaya təklif etdiyi sülh planının da tamamilə Kremlin maraqlarına cavab verdiyi aydın görünür. 

Bir çox ekspert sözügedən təklifin Kiyev tərəfindən rədd ediləcəyini proqnozlaşdırır. Ukraynadan gələn açıqlamalar da bu ehtimalı gücləndirir. Lakin Prezident Volodimir Zelenskinin bu təkliflə razılaşmaq məcburiyyətində qalacağını düşünənlərin də sayı az deyil. Bu olacağı təqdirdə isə Tramp-Putin tandeminin daha sonra nələr edə biləcəyi düşündürücüdür.

 Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ukrayna silah, maliyyə və informasiya resursları baxımından birbaşa olaraq Qərbdən asılıdır: 

“Ona görə də Ukrayna müharibəsinin başa çatması üçün ABŞ tərəfindən hazırlanan sülh sazişi təzyiq alətindən başqa bir şey deyil. Lakin bu sülh sənəd məqsədli şəkildə hazırlanıb. Düşünürəm ki, bu təklif Kiyev tərəfindən rədd olunması üçün nəzərdə tutulub. 

Eyni zamanda, Ukraynanın müttəfiqləri olan dövlətlərin razılaşmaması hesablanıb. Çünki Rusiya ilə bağlı hədəflər hələ reallaşmayıb. Bu ölkənin iqtisadiyyatı hələlik tam olaraq çökməyib. Düzdür, Rusiyanın ciddi iqtisadi problemləri var, ancaq tam çökmüş vəziyyətdə də deyil”. 

Ekspert Ukraynanın ABŞ-nin sülh planını qəbul edəcəyi ehtimala da toxunub:

 “Artıq elə bir situasiya yaranacaq ki, böyük dövlətlər kiçik ölkələri idarə edəcəklər. Bir növ kiçik dövlətlər artıq dövlət deyil, obyekt formatında fəaliyyət göstərəcəklər. Bu isə o deməkdir ki, onlarla bağlı istənilən qərarın verilməsi böyük dövlətlərdən asılı olacaq. Hətta onların etiraz etmək imkanları da sıfıra endiriləcək. Beləliklə, gələcəkdə sərhədlərin dəyişdirilməsinə gətirib çıxara bilər”. 

B. Həsənbəyli son zamanlarda Trampla Putinin yaxınlaşması fonunda Rusiyanın Zəngəzur dəhlizinindən pay ala biləcəyi iddiası ilə bağlı da danışıb: 

“ABŞ və Avropa ölkələri Rusiyanın Zəngəzur dəhlizində iştirakını qəbuledilməz hesab edirlər. Əslində, ən doğru mövqe də bundan ibarətdir. ABŞ-nin bu coğrafiyaya maraq göstərməsi yalnız geosiyasi deyil, həm də geoiqtisadidir. Zəngəzur dəhlizindən yalnız Azərbaycan və Türkiyə deyil, digər ölkələr də iqtisadi üstünlüklər əldə edəcəklər. 

Vaşinqtonun bu dəhlizə maraq göstərməsinin əsas səbəblərindən biri də Rusiya və İranın regionda sıxışdırılmasıdır. Yəni bu siyasəti nəzərə aldıqda, Rusiyanın hansısa formada Zəngəzur dəhlizindən pay alma ehtimalı yoxdur. Hətta Ukrayna müharibəsi başa çatsa belə, bunun baş verməsi inandırıcı deyil”. 

Politoloqun sözlərinə görə, Rusiyanın Ukrayna işğalı legitimləşsə, Kreml başqa dövlətlərə də həmlə etmək istəyəcək: 

“Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə iddiaları var idi, amma bunlar reallaşmadı. Hətta Qəzza ilə bağlı da planları olsa da, baş tutmadı. Rusiya rəhbərliyi isə zaman-zaman Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə müxtəlif iddialar irəli sürürlər. 

Hətta Ukrayna müharibəsinin gedişində belə Baltikyanı ölkələrlə bağlı da bəzi iddialar gündəmə gəldi. Bir müddət əvvəl rus dronlarının çox sayda ölkənin hava məkanını pozması da təsadüf deyildi. Kreml bununla “zəif bənd”i tapmağa çalışır. Əzələ nümayişi həm də böyük dövlətlərə bir mesajdır. Ancaq bu, mesajdan uzağa gedə bilməz. Rusiyanın özünə gəlməsi zaman alacaq. Kreml əlavə cəbhə açacaq gücə malik deyil”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Kreml Bakir Həsənbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri