Kremldə sirli gedişat: Şoyqu üçün gizli plan işə düşür İki ssenari
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Qələbə Paradında görünməməsi şayiələrə yol açıb.
Globalinfo.az xəbər verir ki, bəzi KİV-lər Şoyqunun taleyinin həll olunduğunu yazıb.
İddialara görə, o, hətta Şimali Koreyaya (KXDR) səfir göndərilə bilər:
“Mayın 9-da Moskvada keçirilən paradda yeni müdafiə naziri Andrey Belousov iştirak edib. Sergey Şoyqunun burada olmaması isə xarici təsir agentlərinin spekulyasiyası üçün bəhanə olub. Belə ki, onun gələcək taleyi ilə bağlı hakimiyyətin ən yüksək dairələrində razılığın əldə olunduğu iddia edilir. Buna səbəb kimi Şoyqunun tibbi müayinədən keçirilməsi də irəli sürülüb. Qeyd olunur ki, adətən belə tədbirlər hərbi qulluqçuların ehtiyata buraxılması öncəsi reallaşır. Beləliklə, Şoyqu ya sakitcə ordu generalının formasını dolabdan asacaq və ən yaxşı halda, hərbi təqaüd almağa başlayacaq, ya da Müdafiə Nazirliyinin rəhbərliyində korrupsiya faktları ilə bağlı cinayət işlərinin araşdırılmasına cəlb olunacaq”.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















