Icma.az
close
up
RU
Kremldən Bakıya tuşlanan silah Yeni təxribat planı belə ifşa edildi

Kremldən Bakıya tuşlanan silah Yeni təxribat planı belə ifşa edildi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniyalar aparılır. Sabiq nazir Tofiq Zülfüqarovun bununla bağlı çıxışı diqqət çəkib. O, prosesin arxasındakı məqsədləri ifşa edərək, mövqeyimizi geosiyasi baxımdan əsaslandırıb və rəsmi Bakını təmkinli, lakin qətiyyətli olmağa çağırıb.

Sitat: “Rusiya mediasında və sosial şəbəkələrindəki “Z” təbliğatçıları Azərbaycanı imperiyanın “nəzarətdən çıxmış ucqarı” kimi təqdim edərək, guya bu bölgəyə qarşı hərbi müdaxilə ehtimalından danışırlar. Bu iddialar nə hərbi-siyasi reallıqlarla, nə də Rusiya tərəfindən bəyan edilmiş strateji maraqlarla uzlaşır. Əgər Rusiya Cənubi Qafqazdan öz milli təhlükəsizliyi üçün hər hansı bir təhdid görmürsə, onda Azərbaycanın bu cür hərbi təhdid ritorikasına məruz qalması hansı məqsədə xidmət edir?”

Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başlamasına səbəb nədir? Ümumiyyətlə, Rusiya Azərbaycanda nə planlaşdırır? Bakı hansı addımları atmalıdır?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiyada Azərbaycan əleyhinə daim təbliğat kampaniyaları aparılır:

“Bu, 44 günlük müharibə öncəsi, həmin zaman və ondan sonra da belə olub, hələ də davam edir. Son dövrlərdə bu təbliğatın daha da gücləndiyini müşahidə edirik. Səbəb isə rəsmi Bakının Kremlə haqlı tələblərini irəli sürməsidir. Xüsusilə, AZAL-ın qəzaya düşən təyyarəsi ilə bağlı Rusiya suallarımıza dolğun və təcili cavab verməyib, üzr istəməyib və kompensasiya haqda heç bir açıqlama yoxdur. Özünü müstəqil və suveren dövlət kimi təqdim edən ölkənin sərt və anlaşılmaz mövqe sərgiləməsi qəbuledilməzdir. Məsələ burasındadır ki, Rusiyada post-imperial sindromunun əlamətləri görülür. Bəzi hallarda hələ də Azərbaycanın müstəqil dövlət olması, güclü liderin rəhbərliyi və rasional siyasət yürütməsi istiqamətində şübhələrini ifadə edir”.

Tofiq Abbasov

Politoloq qeyd edib ki, SSRİ dövründə Rusiya şəhərlərində Azərbaycan və digər respublikaların nümayəndələrinə qarşı belə yanaşmalar mövcud idi:

“Həmin dövrdə də problemlərə kritik yanaşır, istehza ilə münasibət bildirir, hətta aşağılayıcı tərzdə münasibət göstərirdilər. Lakin tənqid həmişə subyektiv mövqedən deyil, obyektiv əsaslarla irəli sürülməlidir. Niyə Azərbaycanı tənqid edirsiniz? Niyə ölkəmizi qəsdən kiçiltməyə çalışırsınız? Əgər səbəb Bakının öz haqlarını tələb etməsi və hüquqlarını müdafiə etməsidirsə, bu, düzgün byanaşma deyil. Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunda bildirdi ki, istədiyimiz cavabları ala bilməsək və  sorğularımıza düzgün reaksiya verilməsə, beynəlxalq məhkəmə orqanlarına müraciət edəcəyik. Rusiya öz səlahiyyətlərini aşaraq, həm də siyasi və diplomatik etikanı pozur”.

T.Abbasov bildirib ki, Rusiyada haqqımızda yazan bütün mətbu orqanlar və media resursları bir neçə mərkəzdən idarə olunur:

“Burada yalnız Kremlin deyil, digər mərkəzlərin də rolu var. Faktiki olaraq, Rusiyada mətbuat bir neçə oliqarxın nəzarətindədir. Onlar öz maliyyə və sənaye kompleksləri vasitəsilə media orqanlarını maliyyələşdirir və yönləndirirlər. Bu media resursları isə mütəmadi olaraq Azərbaycana, Gürcüstana, Özbəkistana və digər ölkələrə qarşı təbliğat aparır. Bu, bir mexanizm çərçivəsində həyata keçirilən və yaxşı tanıdığımız təşviqat kampaniyalarıdır. Əsas məqsəd Rusiyanı mümkün qədər yüksək, hətta kosmik səviyyələrə qaldırmaqdır. Lakin bizim münasibətlərimiz illər boyu əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulub. Beləliklə, bu şaquli gərginlik artıq üfüqi əlaqələrə də mənfi təsir göstərir və heç də arzuolunan hal deyil. Azərbaycan öz mövqeyini qoruyaraq, üzərinə düşənləri yerinə yetirir. Rusiyadan  heç bir umacağımız yoxdur. AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı mövqeyimiz son dərəcə prinsipialdır və bu, Moskvanın bağışlanmaz səhvidir. Amma Bakı heç vaxt dialoqdan qaçmır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri