Kamran Bayramov Göygöl və Daşkəsənin qaz və yol problemlərinin həllini istəyib
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Göygöl və Daşkəsənin bir sıra kəndlərində təbii qaz təminatının olmaması, eləcə də avtomobil yolları və körpülərin təmiri ilə bağlı problemlər mövcuddur.
SİA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Göygöl və Daşkəsən rayonlarında son illərdə genişmiqyaslı qazlaşdırma işləri aparılsa da, bir sıra yaşayış məntəqələri hələ də təbii qazla təmin edilməyib. Göygölün Dozular, Zurnabad, Qarabulaq, Quşçu, Sarısu, Danayeri, Üçbulaq və Yalqışlaq kəndlərində, Daşkəsənin isə Çovdar, Çaykənd, Zəylik, Quytul, Qabaqtəpə, Rəsullu, Pirverdilər, Təzəkənd, Güneykənd, Tapan, Astaf, Gəlinqaya, Dəvrallı, Əmirvar, Qazaxlı, Əhmədli və Gurbulaq kəndlərində qaz təchizatı problemi yaşanır.
Kamran Bayramov bu məsələlərin həlli üçün “Azəriqaz” İstehsalat Birliyindən müvafiq tədbirlərin görülməsini xahiş edib.
O, Göygöl rayonunda yol və körpü infrastrukturunun vəziyyətinə də diqqət çəkib. Bildirib ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Toğanalı kəndindən keçən hissəsində intensiv və uzunmüddətli yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib, yol örtüyü zədələnib.
Bununla yanaşı, rayonun təxminən 5 min əhalisinin yaşadığı Yeni Zod, Çaykənd, Qarabulaq, Quşçu və Sarısu kəndlərini rayon mərkəzi ilə birləşdirən Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 4-cü kilometrliyində yerləşən, 1960-cı illərdə inşa edilmiş körpünün dayaqlarında və daşıyıcı konstruksiyalarında ciddi dağılmalar qeydə alınıb. Deputat nəqliyyatın təhlükəsizliyinin təmin olunması üçün körpüdə təmir-bərpa işlərinin başlanmasının vacibliyini vurğulayıb.
Deputat Daşkəsən rayonunda da 11 yaşayış məntəqəsi arasında avtomobil yollarının təmirsiz vəziyyətdə olduğunu qeyd edib. Daşkəsən-Dəstəfur-Qıyıqlı, Qaraqullar-Çanaqçı-Zivlan, Çanaqçı-Alaxançallı, Qaraqullar-Muşavaq və Daşkəsən qəsəbə-Kəmərqaya istiqamətlərində yolların asfaltlanmasına ehtiyac olduğunu bildirib.
Kamran Bayramov bu yolların təmirinin bölgənin turizm potensialının reallaşdırılmasına və sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məsələyə diqqət yetirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















