Kremldən Paşinyanla bağlı açıqlama: Sammitə videokonfransla qatılsın!
Icma.az, Modern.az saytına istinadən bildirir.
Kreml COVID testinin müsbət çıxması səbəbindən Sankt-Peterburqa gedə bilməyən Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans vasitəsilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcəyini gözləyir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümid edirik ki, o, sabah planlaşdırılan Aİİ sammitində videokonfransla iştirak edə biləcək", - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Qeyd edək ki, Nikol Paşinyan dünən sosial şəbəkədəki açıqlamasında koronavirusa yoluxduğunu deyib:
“Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.
Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















