Icma.az
close
up
RU
Kremldən təklif: Tramp və Putin bu şəhərdə görüşsün

Kremldən təklif: Tramp və Putin bu şəhərdə görüşsün

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kreml İkinci Dünya müharibəsinin 80-ci ildönümü münasibətilə Çin paytaxtı Pekində keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etməyə hazırlaşır. Rusiya-Ukrayna müharibəsi səbəbindən gərginləşən münasibətlər fonunda bu görüşün kritik əhəmiyyət daşıdığı bildirilir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, prezident Vladimir Putinin Pekinə səfər edəcəyini təsdiqləyərək, Trampı da orada görmək istədiklərini deyib.

“Pekinə səfərə hazırlaşırıq. Amma Trampın ora gələcəyi ilə bağlı hələ heç nə eşitməmişik”, – deyə Peskov bildirib.


Tramp və Putin arasında Çinin dövlət başçısı Si Cinpinin də iştirak edəcəyi üçtərəfli görüş ehtimalı barədə danışan Peskov, Trampın tədbirdə iştirak etməsi halında belə bir görüşün keçirilməsinin gündəmə gələ biləcəyini qeyd edib.


Britaniyanın “Times” qəzeti ötən həftə Çin rəhbərliyinin Tramp və Putin arasında görüş təşkil etməyə çalışdığını yazmışdı. Məlumata görə, Tramp yanvarda Ağ Evə qayıtdıqdan sonra Putinlə ən azı altı dəfə telefonla danışıb. Lakin bu danışıqlara baxmayaraq, Trampın Rusiyaya qarşı sərt mövqeyi dəyişməyib. O, bu ayın əvvəlində verdiyi açıqlamada, “Putindən durmadan mənasız sözlər eşidirik” deyə narazılığını ifadə etmişdi.


Tramp, keçən həftə Rusiya və ondan məhsul alan şirkətlərə yeni sanksiyalar tətbiq edəcəyini də açıqlayıb. Sözügedən sanksiyaların sentyabr ayının əvvəlində qüvvəyə minməsi gözlənilir.


Kreml, Trampla üzbəüz görüşün tərəfdarı olduğunu, lakin bunun nəticəyönümlü olmasını istədiklərini bildirib.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyul 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri