Icma.az
close
up
RU
Kremlə ağır zərbə: Hindistan Rusiya neftindən imtina edir!

Kremlə ağır zərbə: Hindistan Rusiya neftindən imtina edir!

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya böyük Hindistan bazarını itirmək üzrədir".

Yenisabah.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

pizza hut

Politoloq qeyd edib ki, Kreml Rusiya, Çin və Hindistan arasında keçmiş illərdə mövcud olan üçlü formatı bərpa etmək istəyərkən Dehlidən fərqli xəbər gəlib:

""Reuters" agentliyinin məlumatına görə, Hindistanın neft və qaz naziri Hardip Singh Puri bildirib ki, Rusiya neftinin satışına sanksiya qoyularsa Hindistan başqa ölkələrdən aldığı neftin həcmini artıracaq. Nazir Rusiya neftini Braziliya, Qayana və Kanada nefti ilə əvəz edə biləcəklərini deyib. Bundan başqa Hindistanın özündə də neft istehsalı və yeni yataqların kəşfiyyatı işləri genişlənib. “Mən qətiyyən narahat deyiləm. Əgər bir şey olarsa, biz bunun öhdəsindən gələcəyik” deyən nazir Hindistanın son illər neftin alışını şaxələndirdiyini xatırladıb. Əgər Hindistan keçmiş illərdə 20 ölkədən neft alırdısa, hazırda bu ölkələrin sayı 40-a çatıb.

Dehlinin Rusiya neftindən imtina səbəbi aydındır. ABŞ Prezidenti Donald Tramp Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq üçün Moskvaya 50 gün vaxt verib. Rusiya bu müddət ərzində atəşkəsə razılaşmasa Vaşinqton Rusiya ixracatının alıcılarına qarşı da sanksiyalar tətbiq edəcək. Amerikalı senator Lindsli Qrem Rusiyadan neft, neft məshulları, qaz və uran alan ölkələrə qarşı 500 faizlik tariflərin tətbiqi ilə bağlı qanun layihəsi hazırladığını bildirib".

Politoloq vurğulayıb ki, Rusiya üçün Hindistan bazarını itirmək böyük zərbə olacaq:

"Rusiya Hindistanın neftə olan tələbatının təxminən 35 faizini təmin edirdi. Sonrakı sıralarda İrak, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ gəlir. Rusiya sanskiyalara görə Qərb ölkələrinə neft sata bilmir. Rusiya bu səbəbdən Hindistana neft satmaq üçün qiymətləri endirmişdi. Ancaq bu amilin də rolu olmadı. Maraqlıdır ki, 2022-ci ilə qədər Hindistan Rusiyadan neft almırdı. Rusiya neftin qiymətlərini endirdiyinə görə bu Hindistan üçün cəlbedici olmuşdu. Ancaq Rusiyaya qarşı sanksiyalar sərtləşdikcə, Hindistan Rusiya neftindən asılığını azaltmağa başladı.

ABŞ-ın sərt sanksiyaları Çinin neft alıcılarını da ağır vəziyyətə sürükləyəcək. Hindistanın ardınca, Çin də Rusiyadan neft alışını minimuma endirə bilər. Bu vəziyyətdə Rusiya öz neftinə yeni alıcılar tapmalıdır. Bu asan olmayacaq. Çünki, ABŞ-ın yeni sanksiyaları başqa ölkələri də Rusiyadan neft almaqdan çəkindirəcək. Rusiya neftini sata bilməsə istehsalı azaltmaq məcburiyyətində qalacaq. Bu, bir daha Ukraynaya qarşı işğalçı müharibənin Rusiyaya baha başa gəldiyini göstərir"./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri