Icma.az
close
up
RU
“Kremli həm də buna həvəsləndirirdilər”

“Kremli həm də buna həvəsləndirirdilər”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya-Ukrayna savaşının tərəflərdən heç birinin ürəyindən olmayan sonluqla bitəcəyi öncədən bəlli idi. Rusiyanı bu savaşa sövq edən və arada da həvəsləndirənlərin, Ukraynanı plasdarma çevirənlərin məqsədləri heç də burada kiminsə qalib gəlməsi, yaxud da məğlub olması deyildi. Məqsəd iki slavyan xalqını üz-üzə qoymaq, onları əbədi də olmasa uzunmüddətli düşmənə çevirmək idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.

Deputat əlavə edib ki, məqsədin birinci hissəsinə çatılıb: “İndi nə Ukraynanın, nə də Rusiyanın ürəyindən olan, amma çox ehtimal ki, hər iki tərəfin qələbə kimi təqdim edəcəyi elə bir anlaşma üzərində iş gedir ki, ikinci məqsədə də çatılsın. Yəni narazılıqlar saxlanmaqla aradakı düşmənçilik mümkün qədər uzadılsın. Cənab Fidan Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaqlar deyəndə yəqin ki, bunu nəzərdə tutur”.

S.Alıyevin sözlərinə görə, yuxarıda Rusiyanın Ukrayna ilə savaşa sövq edilməsi və həvəsləndirilməsindən danışarkən konkret olaraq nəyin nəzərdə tutulduğuna tam aydınlıq gətirmək üçün qərbdəki bəzi dövlətlərin 2004-2014-cü illərdəki hərəkətlərini xatırlatmaq istərdim: “Həmin dövlətlərin o vaxt Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ziddiyyətli mövqeləri mənim fikrimcə, əslində oyun idi. Yəni o zaman Ukraynanın NATO-ya üzvlüyünü guya dəstəkləyən ABŞ onun əleyhinə çıxan Almaniya və Fransa kimi dövlətlərə gərəkən təzyiqi göstərsə idi, onlar geri çəkiləcəkdilər. Amma bu təzyiq göstərilmədi. Çünki ABŞ belə bir mövqe ortaya qoymaqla Rusiya ilə Ukraynanı biri-biri ilə toqquşmağa sövq edir, Almaniya və Fransa isə ikincinin NATO-ya üzvlüyünün əleyhinə olduqlarını qabartmaqla savaşa sövq edilən Kremli həm də buna həvəsləndirirdilər. Və nəticə də ortadadır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri