Icma.az
close
up
RU
Kremlin gülməli sorğusu: “Xoruzun quyruğu” necə göründü?

Kremlin gülməli sorğusu: “Xoruzun quyruğu” necə göründü?

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Ötən gün Rusiyanın dövlət mediası olan “RİA Novosti” Agentliyi tərəfindən qəribə bir sorğunun nəticələri yayınlanıb.

Tribunainfo.az xəbər verir ki, həmin sorğunun hansı təşkilatın keçirdiyi məlum olmasa da, hədəfin Azərbaycan və Rusiyada yaşadığı azərbaycanlılar olduğu aydın görünür.

Agentlik bildirib ki, soğru Rusiyanın 50 regionunda və 25 mindən çox adamın arasında keçirilib. Həmin nəticələrə görə, respondentlərin 80 fiizi Azərbaycan-Rusiya arasında münasibətlərin “pis” və “çox pis” olduğunu bilddirib. Üstəlik, Azərbaycan mediasının da Moskvaya qarşı guya, “aqressiv” olduğunu düşünənlər də var. Məsələn, 70 faiz “Azərbaycan mediası Rusiyaya qarşı “aqressivdir” desə də, 19.2 faiz “çox sərtdir” ifadəsini işlədib.

Amma sorğudakı “xoruzun quyrğu” növbəti sualda özünü göstərib. Söhbət Qarabağ məsələsindən və onun təsirlərindən bəhs edir. Məsələn, “Qarabağda baş verənlər Rusiya-Azərbaycan münasibətərinə necə təsir edir” sualına sorğu iştirakçılarının 95 faizi konkret cavab verib. Onlardan 70.1 faizi “bunun nəticələrinin əhəmiyyətli olacağını”, 24.9 faizi isə “çox əhəmiyyətli olacağını, lakin qısamüddət davam edəcəyini” vurğulayıb.

“Xoruzun quyrğu”nun ikinci görünüşü isə bu sualdan aydın görünür: “86 faiz Rusiya sülhməramlılarının antiterror əməliyyatı zamanı Qarabağda ölməsindən, 40 faizi isə bu hadisədən təfsilatlı məlumata malik olduğunu bildirib. 90 faiz isə hesab edir ki, Rusiya həmin olaya sərt münasibət göstərməli idi”.

Yekunda agentlik bildirib ki, 25 min respondentin 73.7 faizi Azərbaycan icmasına “mənfi münasibət” sərgiləyib. Müsbət yanaşanlar isə 2,48 faiz olub.

P.S. Belə bir sorğunun etibarlı olmasını sual altına qoyan çoxlu səbəblər saymaq olar. Lakin biz onlardan bir neçəsinə toxunaq. Birincisi, belə bir sorğunun hansı təşkilat tərəfindən keçirildiyi məlum deyil. “RİA Novosti” Agentliyi sadəcə, “nəticə”ləri yayıb. İkincisi, Rusiya cəmiyyəti məlkumatlı olsa da, onun 40 faizi Qarabağda baş verənləri “təfsiları ilə” bilə bilməz. Bu real belə deyil. Digər tərəfdən, Rusiyada bu sorğu iki ölkə arasında münasibətlərdən bəhs edirsə, o zaman Qarabağ məsələsi niyə sual olaraq qoyulub? Aydın məsələdir ki, bu sorğu birbaşa erməni maraqlarının üzərində təşkil edilib və prosesdə erməni diasporunun böyük rolu olub. Əks təqdirdə, sorğuya yamaq kimi görünən mövzular ön plana çəkilməzdi.

Bəs, Rusiya bununla nə demək istəyir? Kreml Bakı ilə münasibətlərində zaman-zaman qərəzli yanaşmalar ortaya qoyub. Lakin Azərbaycana təsir etmək üçün mümkün rıçaqlarının vaxt axarında əlindən çıxdığının da fərqinə varmaqdadır. Ona görə də, əlindəki yeganə təsir vasitəsi hesab etdiyi azərbaycanlı miqrantların üzərindən hücuma keçməyə başlayıb. Lakin Azərbaycan artıq 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycan Rusiyada incidilən, ölümlə təhdid edilən həmvətənlərimizin geri qayıtmasında zərrə qədər problem görmür. Əksinə, onları potensial investor, işçi qüvvəsi kimi qəbul edir.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri