Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Xoruzun quyruğu göründü Millət vəkili Əli Kərimlinin həbsindən yazdı

Xoruzun quyruğu göründü Millət vəkili Əli Kərimlinin həbsindən yazdı

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat- axtarış tədbiri nəticədəsində beşinci kalonun daha bir xəyanətkar ünsürü ifşa edildi, saxlanıldı və indi ifadə verir. DTX- nın səbirli- sübutlu əməliyyatı Ramiz Mehdiyevin qoltuğunun altından quyruğu görünən rus xoruzunun kimliyini ortaya qoydu. AXC sədri Əli Kərimli və onun yaxın çevrəsində olan nadürüstlərin istintaqı yəqin ki, bir çox qaranlıq məqamlara işıq salacaqdır.

Sən demə, həmişə radikal ritorika sərgiləyən, barışmaz müxalifət kimi özünü göstərən Əli Kərimlini Ramiz Mehdiyev idarə edirmiş.

Sən demə cəmiyyətə özünü qərbyönlü, demokrat kimi sırıyan Əli Kərimli Ramiz Mehdiyevin vasitəsi ilə şimaldan təlimat alırmış.

Qərbin İrana və Rusiyaya ənənəvi münasıbəti hər kəsə məlumdur. Əli Kərimlini də uzun illər qərbin adamı kimi cəmiyyətə təqdim ediblər.

Amma indi xoruzun quyruğu da görünür özü də. Özü də hardan, " həccdən qayıdan tülkünün" əbasının altından.

Bu necə qərb yönümlü siyasətçidir ki, Azərbaycana məlum basqılar olanda bir dəfə də nə İranın, nə də Rusiyanın əleyhinə fikir söyləməyib, bəyanat verməyib.

Ramizin qoltuğundan hələ bir çox xoruzların və fərələrin də çıxacağı görsənir.

Ramiz Mehdiyevin ifşasından sonra beşinci kalonun xəyanətləri birər-birər açılır, xainlərin tam siyahısı da yəqin ki, cəmiyyətə açıqlanacaqdır.

DTX-nın dünən keçirtdiyi axtarış- əməliyat tədbirindən sonra saxlanılan Əli Kərimli və onun əlaltıları ilə yanaşı, Ramizin əbasının altından daha bir sürü siçovulların və kor yapalaqların çıxacağı da gözləniləndir.

Siçovul və kor yapalaq demişkən, 2013- cü ildə Prezident seçkiləri ərəfəsində Moskvada yaradılan "Milyarderlər İttifaqı" və onun Azərbaycanda uzantısı, adı milli, mahiyyəti antimilli olan "Milli Şura" təsadüfən yaranmamışdı, müəyyən məqsədə xidmət üçün yaranmışdı. Məqsəd isə antimilli ünsürlərin vasitəsi ilə Azərbaycanı yenidən şər imperiyasının caynağına təslim etmək idi. " Milli şura" yaranandan bir az sonra onun əsil niyyətini anlayan bir qrup müxalif düşüncəli şəxslərin bu şər qurumunun sıralarını tərk etməsi də təsadüfi deyildi.

Lakin satqınların və əclafların gedəsi yeri yoxdur, onlara tapşırılan hər alçaqlığı sona qədər yerinə yetirməyə məcburdurlar.

Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz, xoruzun da quyruğu qoltuqdan görünər.

Necə ki, 2005- ci ildə yaranmış Prezident yanında Təhsil üzrə Komissiyanın sədri Ramiz Mehdiyev, üzvü isə Cəmil Həsənli idi. Bax burda daha bir xoruzun quyruğu görünməkdədir.

Bu da təsadüfi deyildir ki, həmişə özünü azad fikirli, demokrat, qərb yönlü siyasətçi kimi təqdim etməkdən zövq alan keçmiş millət vəkili, indi isə antimilli şuranın fəal üzvü və Əli Kərimlinin alovlu müdafiəçisi Gültəkin

Hacıbəyli "Ramiz Mehdiyevin içində bir həssas ürək var, kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”, – deyir. Xoruzun bir quyruğu da burdan çıxdı...

Bu da təsadüfi deyil ki, 2019- cu ilin oktyabrın 19-da, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından cəmi 4 gün əvvəl antimilli şura Bakıda tez-tələsik icazəsiz mitinq təşkil etməyə cəhd göstərir, Əli Kərimli mitinq iştirakçılarını polisin qanuni tələblərinə riayət etməməyə təhrik edir.

Xoruzun bir quyruğu da burdan görünür.

Bu da təsadüfə oxşamır ki, 2020- ci ilin 14 iyulunda imperialist dairələrin təhriki ilə Ermənistan ordusu Tovuz rayonunda Qaraqaya yüksəkliyində Milli Ordumuza qarşı xəyanətkar təxribat törədir. Təxribatın qarşısı alınarkən Milli Ordumuzun generalı Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimiz həlak olur. Bu təxribatdan hiddətlənən xalqın Bakıda şəhidlər xiyabanına tərəf etiraz və birlik yürüşünə birdən- birə AXC- nin təxribatçıları müdaxilə edərək Milli Məclisin binasını ələ keçirməyə cəhd göstərir və binada dağıntılar törədir.

Faktları xronoloji qaydada sıraya düzdükcə təsbehin dənələri bir-bir öz yerini alır. Fərqi yoxdur bu təsbeh, başı əmmaməli mollanın əlindədir, yoxsa boynu xaçlı keşişin.

Mən Dövlət Təhlükəsizlik Xidmətinin milli təhlükəsizliyimizin qorunması sahəsindəki peşəkar və cəsarətli fəaliyyətini bəyənirəm, dəstəkləyirəm. Hesab edirəm ki, digər hüquq-mühafizə orqanları da bu prosesdə çeviklik və fəallıq göstərərək vətənə xəyanət edənlərin şəbəkəsini sonuncu nəfərinə kimi ifşa edəcəklər. Bu çiban - xəyanətkar beşinci kolonun ünsürləri kökündən qazılıb birdəfəlik atılmalıdır.

Biz azad, demokratik cəmiyyətdə yaşayırıq.

Hökumətə, aparılan siyasətə müxalifətçi olmaq normal davranışdır, müxalif fikrə də hörmətlə yanaşırıq. Bizim bir çox müxalifətçilərlə, o cümlədən parlamentdə təmsil olunan müxalifət partiyaları ilə olduqca, sivil, anlaşılan münasibətlərimiz var, onların tənqidlərinə də , bəzən qəbul etmədiyimiz fikirlərinə də hörmətlə yanaşırıq. Amma Vətənə, Dövlətə, Milli maraqlara qarşı çıxmaq - bu artıq müxalifətçilik deyil, düşmənçilikdir, Vətənə Dövlətə, Millətə xəyanətdir. Xəyanətkarlar cəzasını almalıdırar. Vətənə xəyanətin bəraət yeri yoxdur.

...Banlamaq xoruzun peşəsidir. Amma vaxt- bivaxt banlayıb xalqın rahatlığını pozan, zəhləsini tökən küllük xoruzlarının da aqibəti məlumdur: ya tülküyə yem olur, ya bıçağa tuş gəlir.

Musa Urud, millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri