Icma.az
close
up
RU
KREMLİN MÜTTƏFİQLİYİ AŞAN GÖZLƏNTİSİ Azərbaycanın xarici siyasət kursu dəyişməyib... AzPolitika onlayn siyasiictimai qəzet

KREMLİN MÜTTƏFİQLİYİ AŞAN GÖZLƏNTİSİ Azərbaycanın xarici siyasət kursu dəyişməyib... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində xarici siyasətlə bağlı bir çox maraqlı məqamlar var. Bunlardan bəziləri geniş oxucu kütləsi üçün xüsusi maraqlı ola bilər. Məsələn:

1. Kiselyov müsahibənin əvvəlində Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni xatırladaraq ard-arda "təxribatçı" suallar ünvanlayır (Ümumiyyətlə mənim fikrimcə "təxribatçı" sual müsahibədə pis sual deyil, əksinə, mövqeyi aydınlaşdırmaq üçün yaxşı sual da sayıla bilər).

Kiselyov deyir ki, "O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?" (Sualın tam mətnindən Kiselyovun sanki, Azərbaycan üçün yeni öhdəliklər yaranmalıymış, iddiasında olduğu görünür).

Prezident İlham Əliyev isə cavabında bu dəyişikliyin "Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini" bildirir.

2. Kiselyov ikinci sualında Rusiya rəsmilərinə istinadla deyir ki, "Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?" (Məqsəd sanki, yenə də Azərbaycana nəsə "öhdəlik" yatarmaqdır).

Prezident İlham Əliyev cavabında müstəqil xarici siyasət kursunu xüsusi vurğulayır. Cavab bütövlükdə dəyərləndirildiyi zaman aydın görünür ki, əsas vurğu bu kursun davam edəcəyi, balansın əsasən qorunacağı, Azərbaycanın verə biləcəyi töhfənin sadəcə vasitəçilik olacağı, çünki Azərbaycanın müharibə ya da münaqişə tərəfində deyil, sülhün tərəfində olduğudur: "Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur... Biz təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq."

3. Kiselyovun digər kritik sualı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ilə bağlıdır. Kiselyov bu istiqamətdə sualını "yeni dünyanın qurulması" kontekstində soruşur və sualın ən kritik hissəsi "Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?"dır. Prezident İlham Əliyev çox güman ki, mütəmadi olaraq Ermənistanın və bəzi digər güclərin Azərbaycanda Türkiyə ordusunun olduğuna və müharibədə guya Türk ordusunun iştirak etdiyinə dair iddialarını da bir daha cavablandırmaq, amma eyni zamanda yeni dünyada Azərbaycanın hərbi bazalara dair mövqeyini ortaya qoymaq və Azərbaycan - Türkiyə hərbi münasibətlərinin xarakterinin hər kəsə aydın olması üçün bildirir ki, buna ehtiyac yoxdur. Türkiyə ilə hərbi əməkdaşlıq 1992-ci ildən başlayıb, vacib yol keçib və hazırda Qafqazda sabitliyin mühüm amilidir! Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə (Şuşa Bəyannaməsi nəzərdə tutulur) təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir.

Prezident Əliyev bu müsahibədə məncə ilk dəfə olaraq hərbi əməkdaşlığın detallarını rəsmi olaraq açıqlayır: Türkiyə və onun hərbi strukturları (1) Azərbaycan Ordusunun müasirləşdirilməsində və (2) onun həm döyüş qabiliyyətinə, (3) həm də əməliyyatların planlaşdırılmasına, (4) vəziyyətin təhlilinə, (5) hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar.

Qeyd edim ki, İlham Əliyev 2020-ci ilin oktyabrında (müharibə vaxtı) Türkiyənin NTV televiziyasına müsahibəsində də Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, hərbi əməkdaşlığımız vacibdir və yaxşı inkişaf edir, amma hərbi baza yaradılması məsələsi müzakirə olunmur.

Maraqlıdır ki, eyni gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib (yəqin ki, öncədən planlaşdırılmış görüşdür, amma üst-üstə düşməsi maraqlı olub). Bu barədə səfir X platformasındakı hesabında belə yazıb: “Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik”.

Elə həmin gün Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Bu da digər maraqlı bir nüansdır.

Azərbaycan xarici siyasətinin ən vacib xüsusiyyətləri arasında başqa bir gücün Azərbaycandan üçüncü gücə qarşı istifadə etməsinə icazə verilməməsi, xarici dövlətlərin Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə imkanlarının məhdudlaşdırılması da var. Bu milli dövlət üçün çox vacib bir keyfiyyətdir.

Həm Prezident İlham Əliyevin sonuncu müsahibəsindən, həm də ümumiyyətlə xarici siyasətimizə dair son proseslərdən görünən budur ki, bu kurs davam etdirilir. Son illərdə yüksək səviyyəli səlahiyyətli şəxslər bu ifadəni çox işlətməsələr də, məncə balanslaşdırılmış xarici siyasət kursu çox doğru kursdur və davam etməlidir. Burada sadəcə Türkiyə ilə münasibətlərin təbii xarakterindən və sınaqdan uğurla çıxmış müəyyən istiqamətlərdən qaynaqlanan məqamlar keyfiyyət fərqi yarada bilər (bu çox təbiidir). Amma ümumi xarakterin qorunması vacibdir.

Araz Aslanlı,

(QAFSAM, analtiki)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri