Icma.az
close
up
RU
Kremlin Qafqaz mesajı: “3+3” formatında yeni görüş

Kremlin Qafqaz mesajı: “3+3” formatında yeni görüş

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqazın üç respublikası – Azərbaycan, Ermənistan və Gürcüstanla üç qonşu dövlət – Türkiyə, Rusiya və İran arasında “3+3” formatında əməkdaşlıq bölgə ölkələrinin maraqları çərçivəsindədir. Amma bu platformada əməkdaşlığa ciddi əngəl olan iki məqam var. Bunlardan biri Ermənistanla Azərbaycan və Türkiyə, ikincisi isə Gürcüstanla Rusiya arasında mövcud problemlərdir.

Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar prosesi başa çatıb. Ancaq sülh müqaviləsi hələ də imzalanmayıb. Sazişin nə vaxt imzalanacağı isə qeyri-müəyyəndir. Bunun üçün Ermənistan hökuməti Azərbaycanın iki şərtini yerinə yetirməlidir. Məlumdur ki, bu şərtlərdən biri Hayastan konstitusiyasının dəyişdirilməsi, daha doğrusu, onun preambula hissəsindən Müstəqillik bəyannaməsinə istinadın çıxarılması, digəri isə ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsinə dair təşkilatın katibliyinə birgə müraciət ünvanlanmasıdır. İrəvan hələ ki, məlum tələbləri yerinə yetirməyib və bu səbəbdən üfüqdə sülh sazişinin imzalanmasının işartısı görünmür. Deməli, Azərbaycan və Ermənistanın əməkdaşlıq etməsi də hələlik mümkün deyil.

Bundan əlavə, Türkiyə və Ermənistan arasında həllini tapmamış bir sıra məsələlər platforma çərçivəsində iki ölkənin əməkdaşlığına mane olur. Türkiyə Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da, iki ölkə arasında münasibətlər son dərəcə soyuqdur.

Buna təsir edən bir neçə amil var. Əvvəla, iki ölkə arasında diplomatik nümayəndəlik mövcud deyil. Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən 1993-cü ildən Ermənistanla sərhədi bağlı saxlayır. Bunun nəticəsində avtomobil və dəmir yolu əlaqəsi yoxdur.

Ölkələr arasında mövcud yük daşımaları əsasən Gürcüstan ərazisindən keçir. Ölkələr arasında münasibətlərin gərgin olmasına baxmayaraq, İrəvan–İstanbul marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirilir. Ermənistan və erməni diasporu dünyanın müxtəlif ölkələrində qondarma “soyqırımı”nın tanınması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Türkiyə, haqlı olaraq 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “soyqırımı” adlandırılmasına qarşı çıxır. Bunu ölkənin beynəlxalq aləmdə nufuzdan salınmasına təzyiq cəhdi olduğunu bildirir. Eyni zamanda, rəsmi Ankara həm ermənilərin, həm də türklərin öldüyü hadisələri öyrənmək üçün birgə komissiya yaratmağı təklif edir. Ermənistanın həm əvvəlki hakimiyyətləri, həm də Nikol Paşinyan iqtidarı bu təklifi qəbul etməkdən indiyədək boyun qaçırır. Bundan əlavə, Türkiyə Ermənistanla münasibətlərin qurulmasını Bakı və İrəvan arasında əlaqələrin yaxşılaşdırılması amili ilə də bağlayır. Bütün bunlara baxmayaraq, Ermənistan və Türkiyə təmsilçiləri “3+3” platformasının işində iştirak edirlər.

Bu çərçivədə əməkdaşlıqdan birmənalı şəkildə imtina edən təkcə Gürcüstandır. Bu da anlaşılandır. Çünki Rusiya ilə Gürüstan arasında Abxaziya və Şimali Osetiya məsələsinə görə kəskin ziddiyyətlər mövcuddur. Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bu formatda keçirilən görüşlərin heç birinə qatılmayıb.

Göründüyü kimi, “3+3” çərçivəsində əməkdaşlıq o qədər də sadə məsələ deyil. Buna baxmayaraq, belə bir platformanın mövcudluğu müsbət hal kimi qiymətləndirilməlidir.

***

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bugünlərdə Hayastanın “168.am” saytına müsahibəsində “3+3” platformasının növbəti iclası barədə danışıb. Deyib ki, regional məşvərət platformasının növbəti iclası iştirakçıların özləri razılaşdırdıqları ardıcıllıq qaydasına uyğun olaraq İrəvanda və ya Bakıda keçirilməlidir. Diplomatın sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-ci ildən 2022-ci ilə qədər ən yüksək səviyyədə qarşılıqlı fəaliyyət geniş birgə bəyanatlar bazasının hazırlanmasına imkan verib. Səfir 2021-ci ilin yanvarında Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün üçtərəfli işçi qrupunun yaradıldığını xatırladaraq, onun baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərdiyini qeyd edib. “Rusiya dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazın taleyini region ölkələri özləri və onların qonşuları müəyyən etməlidir. Sabitlik və rifahın açarı inklüziv dialoq, qarşılıqlı məqbul həll yollarının axtarışı və regionun xarici geosiyasi ssenarilərə cəlb olunmasına qarşı mübarizədir” – deyə Kopırkin bildirib.

O, Moskvanın “3+3” formatının yaradılmasına fəal töhfə verdiyini xatırladıb. Bildirib ki, Gürcüstan hələ görüşlərdə iştirak etmir. Lakin səfirin sözlərinə görə, bütün iştirakçılara aydındır ki, Tbilisi üçün qapı açıq qalır.

Kopırkin, həmçinin qeyd edib ki, lazımi şərait formalaşdıqca regional təhlükəsizlik məsələlərini də müzakirə etmək mümkün olacaq. Eyni zamanda, o, “3+3” çərçivəsində təmaslarla Rusiya–Ermənistan–İran formatında qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təklif edib. Əsas diqqəti perspektivli iqtisadi və nəqliyyat layihələrinə, xarici siyasətin koordinasiyası və humanitar gündəmə yönəldib. O vurğulayıb ki, bu cür müzakirələr mövcud ikitərəfli sazişləri və regional mexanizmləri tamamlamalı, lakin onları əvəz etməməlidir.

***

Qeyd etmək lazımdır ki, S.Kopırkinın verdiyi bu müsahibə Rusiya diplomatiyasının Cənubi Qafqaz regionuna dair baxışını və “3+3” platformasına münasibətini bir daha ortaya qoyur. Səfirin fikirlərinin əsas məqamlarını qısa şəkildə təhlil edəsi olsaq deməliyik ki, onun “növbəti iclasın İrəvanda və ya Bakıda keçirilməsi gündəmdədir” sözləri Rusiya tərəfinin hələ də platformanın yaşadığını və davam etməli olduğunu düşündüyünü göstərir. Lakin Gürcüstanın iştirakdan imtinası platformanın “3+3” deyil, faktiki olaraq “2+3” (yəni Ermənistan, Azərbaycan+Rusiya, Türkiyə, İran) kimi fəaliyyət göstərdiyini göstərir.

Regional kommunikasiyalar və əməkdaşlıq məsələsinə gəldikdə isə diplomat Cənubi Qafqazda iqtisadi və nəqliyyat yollarının açılması ilə bağlı 2021-ci ildə yaradılan üçtərəfli işçi qrupunun əhəmiyyətini vurğulayır. Bu qrup – Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə işləyən struktur – kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq məsələlərini praktiki müstəviyə keçirmək üçün nəzərdə tutulmuşdu. Amma proses son illərdə durğunluq mərhələsinə keçib.

Kopırkin açıq şəkildə bildirir ki, Rusiya üçün prioritetlər regional sabitlik və geosiyasi neytrallıqdır. Moskva üçün əsas hədəf regionun “xarici geosiyasi ssenarilər”dən uzaq qalmasıdır. Bu, Qərbin artan təsirinə, xüsusilə Avropa İttifaqı və ABŞ-ın Ermənistandakı son fəallaşmasına Moskvanın açıq reaksiyası kimi şərh oluna bilər.

Səfirin “3+3” formatı daxilində Rusiya–Ermənistan–İran üçbucağında əməkdaşlıq çağırışı maraq doğurur. Bu, həm geosiyasi balans qurmaq, həm də Qərb təsirinə qarşı müştərək mövqe formalaşdırmaq məqsədi daşıya bilər. Bu əməkdaşlıq xətti enerji, nəqliyyat və humanitar sahələri əhatə edə bilər.

Azərbaycan üçün “3+3” platformasının əhəmiyyəti və çağırışlara gəldikdə isə qeyd etmək lazımdır ki, bu, platforma ölkəmizə ilk növbədə geosiyasi manevr imkanları yaradır. “3+3” formatı Azərbaycanın regional əməkdaşlıq gündəmini irəli aparmaq üçün əhəmiyyətli alətdir. Bakı üçün bu platforma Qərblə Rusiya və İran cütlüyü arasında balanslı diplomatik siyasət yürütmək, eyni zamanda, Zəngəzur dəhlizi və digər infrastruktur layihələrini gündəmə gətirmək baxımından önəmlidir. Amma risk ondan ibarətdir ki, formatın əsas təşəbbüskarları – Rusiya və İran Qərbin regionda fəallaşmasına qarşı çıxırlar. Azərbaycan isə öz diplomatiyasında Qərblə münasibətləri tamamilə kənara atmır. Bu isə Bakının diqqətli və ölçülü siyasət yürütməsinin göstəricisidir.

Kopırkinin üçtərəfli işçi qrupun fəaliyyətinə istinad etməsi Bakı üçün bir siqnal ola bilər. Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqəni gücləndirmək istəyir. Rusiya və İran bu layihələri regionun inkişafı və “xarici geosiyasi layihələrə qarşı alternativ” kimi təqdim edir. Bu, Azərbaycanın maraqlarına uyğun gəlir, amma, eyni zamanda, Ermənistanın müqaviməti səbəbindən proses dalana dirənib.

Rusiya səfirinin “regionun taleyini region ölkələri həll etməlidir” ifadəsi Bakı üçün həm fürsət, həm də xəbərdarlıqdır. Bu, Azərbaycanın geosiyasi müstəqilliyini qorumaq üçün Rusiyanın təsir dairəsini balansda saxlamaq zərurətini göstərir. Xüsusilə, Ukrayna müharibəsindən sonra Rusiya zəifləyib və Qərbin təsiri artır. Azərbaycan üçün bu balanslaşdırma siyasəti həlledicidir.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi ekspert

– “3+3” əməkdaşlıq platforması çox uğurlu formatdır. Hələlik yalnız Gürcüstan bu formata qatılmağa tərəddüd edir. Bu, da gürcülərin Rusiya rəsmiləri ilə eyni masada oturmaq istəmədiklərindən irəli gəlir. Biz başqa yerlərdə Tbilisi və Mos-kva nümayəndə heyətlərinin danışıqlar apardığının şahidi oluruq. Gürcüstan hakimiyyəti regional inkişafa, Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləməyə meyillidir. Biz Tbilisinin bölgədə təhlükəsizliyin ancaq birlikdə təmin edilə biləcəyini anladığını da görürük. Bu mənada ümid edək ki, “3+3” platforması uğur qazandıqca, Gürcüstan da ona qoşulacaq.

Qərb isə Cənubi Qafqaz ölkələrinin Türkiyə, İran və Rusiya ilə birlikdə hansısa platforma quraraq, regional məsələləri həmin çərçivədə həll etməsini istəmir. Çünki bu format çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının, eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirəsi və həlli, təhlükəsizliyin təmin olunması Qərbin bölgəmizə təzyiq vasitələrini itirməsi ilə nəticələnə bilər. Bütün hallarda Cənubi Qafqaz ölkələrinin qonşularla birlikdə məsələləri müzakirə etmək qabiliyyətinin qorunub saxlanması və inkişafında maraqlı olması özü böyük uğurdur. Çünki bölgədə sülh və sabitlik içində bir-gəyaşayış üçün bundan əlverişli variant yoxdur.


Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see320

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see316

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see225

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see224

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see219

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see210

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see203

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see191

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see178

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see165

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see163

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see162

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see162

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see162

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see161

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see160

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see160

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see156

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see152

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri