Icma.az
close
up
RU
KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ? Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?

KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ? Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Kremlin Ukraynada axıtdığı qanlar, öldürdüyü, didərgin saldığı milyonlarla günahsız insan, dağıtdığı, viran qoyduğu şəhərlər, yaratdığı ekoloji fəlakətlər, bir sözlə, törətdiyi qırğınlar və cinayətlər deyəsən, azlıq təşkil edir, üstəlik, bir də dünyanı nüvə fəlakətilə üzbəüz qoymaq niyyətindədirlər.

Hər halda, Trampın dili ilə desək, “uğursuz prezident” Dmitri Medvedevin durmadan küçə dili ilə istifadə etdiyi məsuliyyətsiz, qudurmuş və sərsəm nüvə ritorikası onu deməyə əsas verir ki, Kreml Qərbi, əslində isə bütün dünyanı, bəşəriyyəti nüvə təhdidi ilə küncə sıxışdırıb, onun Ukraynadakı işğalını tanımağa, buna qədər və bundan sonrakı hərbi cinayətlərinə göz yummağa və bütünlükdə onun vəhşi, qəddar, barbar, işğalçı siyasətilə hesablaşmağa vadar etmək istəyir. Və kimsə deyirsə ki, Medvedev Putinin yox, özünün sözünü deyir, deməli, ya onu dinləyənləri, ya da özünü ələ salır. Bunu deyən isə var. Bu, Putinin sözçüsü Dmitri Peskovdur…

Peskov ötən gün deyib ki, Rusiya hökumətinin nümayəndələri arasında guya hər kəsin öz mövqeyi var. Lakin ölkənin xarici siyasətini yalnız Vladimir Putin müəyyən edir. Yəni, guya ki, Medvedev və digərləri nəyisə söyləyəndə öz müstəqil fikrini deyir, lakin xarici siyasət tək Putinin qərarlarından asılıdır. Təbii ki, Rusiya rəhbərliyində heç kimin öz müstəqil mövqeyi və sözü ola bilməz – nə xarici, nə də daxili siyasətdə. Bu baxımdan Peskovun arqumenti saxta və gülməlidir. Ancaq söhbətin bütün dünyanın başı üstünü alan nüvə təhdidindən getdiyini nəzərə alsaq, yaranmış mənzərə heç də gülməli deyil. Çünki hər iki tərəfdə çox aşağı “probalı”, populist, tutduqları vəzifələrin çəkisini anlamayan və ümumiyyətlə, bu vəzifələrə layiq olmayan, keyfiyyətsiz və məsuliyyətsiz hakimiyyətlər var. Belələrindən isə sadə dildə desək, hər cür axmaqlığı gözləmək olar… 

Peskovun dediklərinə rəğmən, Medvedevin Putinin dili ilə danışdığı birmənalıdır. O isə az qala Ukraynaya qarşı işalçılıq müharibəsi başlayan gündən və Rusiyanın “dünyanın ikinci ordusu”nun döyüş meydanında qalib gələ bilməyəcəyini anlamasından sonra durmadan əvvəlcə Ukraynanı, sonra ona dəstək verən ölkələri, daha sonra isə bütün bəşəriyyəti nüvə apokalipsisi ilə təhdid etdiyini görürük. Co Bayden administrasiyası bu təhdidləri ən azından ictimaiyyət qarşısında qulaqardına vurub, görməzlikdən gəlirdi və ümumiyyətlə, Medvedevin “gic-gic” paylaşımlarına əhəmiyyət vermədiyini göstərirdi. Lakin Tramp və onun administrasiyası bu baxımdan Baydendən fərqli olduğunu nümayiş etdirir. Tramp özünün barəsində yaratdığı çılğın və (guya) qətiyyətli siyasətçi, əslində isə şoumen imicini təkrarlayaraq, Medvedevin təhdidlərinə kəskin reaksiya verməkdədir.

Xatırladaq ki, iyulun 28-də Medvedev yazıb ki, “Tramp Rusiya ilə ultimatum oyunu oynayır” və “hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır”. Tramp buna cavab olaraq Medvedevə “sözlərinə diqqət etməyi” tövsiyə edərək, onun “çox təhlükəli əraziyə girdiyini” qeyd edib. Daha sonra isə ABŞ-nin iki nüvə sualtı qayığının Rusiyaya yaxın “müvafiq yerlərdə” yerləşdirilməsinə əmr verdiyini söyləyib.

Təbii ki, Tramp da Medvedevin Putinin sözünü dediyini gözəl bilir və onun Medvedevə cavabı da əslində, Putinə verilən cavabdır. Bu baxımdan Trampla Putin arasındakı bu “evcik-evcik oyunu” kənardan çox miskin görünsə də, faktiki olaraq, bütün bəşəriyyəti nüvə gərginliyi və təhdidi altına soxur. Artıq nüvə eskalasiyasının növbəti addımı olaraq, Rusiya orta və qısa mənzilli raketlərin (INF) yerləşdirilməsi ilə bağlı moratoriumdan imtina etdiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi bu qərarın ABŞ və onun müttəfiqlərinin hərəkətləri ilə əlaqəli olduğunu qeyd edib. Lakin Kreml bununla da məhdudlaşmaq istəmir. Medvedev artıq “yeni addımlar”ın anonsunu verir. O, son olaraq deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin dünən elan etdiyi orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə qoyulmuş moratoriumun ləğvi qərarı “NATO ölkələrinin anti-Rusiya siyasətinin nəticəsidir”: "Bu, bütün rəqiblərimizin hesablaşmalı olacağı yeni reallıqdır. Gələcək addımları gözləyin".

İndi görək, qarşı tərəf nə ilə cavab verəcək? Trampın ziddiyyətli və çığırğan üslubunu nəzərə alsaq, onun Medvedevin növbəti nüvə təhdidini cavabsız qoyacağı az inandırıcı görünür. Bəs belə olan halda, ABŞ-nin nüvə eskalasiyası istiqamətində atacağı növbəti addım nə olacaq? Bunu yaxın günlərdə görə bilərik.

Ümumiyyətlə, sanki Kreml müharibə başlayandan bəri ABŞ administrasiyasını nüvə eskalasiyası oyununa çəkməyə çalışıb və indi baş verənlər göstərir ki, bu istəyinə nail olmaq üzrədir. Belə təəssürat yaranır ki, tərəflər bilərəkdən ikibaşlı oyun oynayaraq, bütün dünyanı nüvə gərginliyi altında saxılamaqla hansısa növbəti çirkin maraqlarını təmin etməyə, öz hegemonluqlarının verdiyi imkanlardan bəhrələnməyə çalışırlar…

Ancaq tarix təkrarlanmaq kimi bir xüsusiyyətə malikdir. Bu baxımdan SSRİ-nin taleyinin tez-tez xatırladılması təsadüfi deyil. Doğrudur, SSRİ-nin başında duranlar indiki Rusiya rəhbərliyi ilə müqayisədə, xüsusilə də nüvə məsələsində daha məsuliyyətli, təmkinli və əlbəttə ki, Medvedev və Putin kimilərilə müqayisə edilməyəcək dərəcədə qat-qat daha mədəni idilər. Buna baxmayaraq, onların ABŞ ilə nüvə silahlanması da daxil olmaqla, silahlanma yarışına girməsi, nüvə eskalasiyasını artırması, Qərblə dünyanın müxtəlif nöqtələrində hərbi-siyasi qarşıdurmaya getməsi SSRİ-nin dağılması ilə bitdi. İndi də eyni ssenarinin təkrarlanmayacağına kimsə təminat verə bilməz və “qan çanağı”nın Rusiyanın, onun başında duran medvedevlərin, putinlərin, patruşevlərin başında sınması bəşəriyyət üçün daha optimal nəticə olardı…

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri