Icma.az
close
up
RU
Kremlin qonşu ölkələrə HÜCUM SSENARİSİ

Kremlin qonşu ölkələrə HÜCUM SSENARİSİ

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kremlin keçmiş SSRİ-ni bərpa etmək cəhdlərinin Rusiyanı daha dağıdıcı beynəlxalq sanksiyalar dalğasına, total iqtisadi və texnoloji izolyasiyaya tuş gətirəcəyini elə indidən təxmin etmək mümkündür... Rusiya siyasi dairələrinin neo-imperialist planları yalnız postsovet məkanına deyil, bütün dünyaya ciddi hərbi-siyasi toqquşmalara yol aça biləcək təhlükəli proses vəd edir...

Ukrayna savaşı ətrafında yaranmış situasiyanı öz xeyrinə çevirdiyi, hərbi-siyasi qələbənin isə o qədər də uzaqda olmadığı qənaətinə gələn Rusiyanın artıq neo-imperialist niyyətlərə düşdüyü müşahidə doğurur. Əslində, son illərdə, xüsusilə də 2014-cü ildən sonra Krımın ilhaqı və 2022-ci ildən etibarən isə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə fonunda, Rusiyanın postsovet məkanı ilə bağlı artan ambisiyaları ciddi narahatlıq doğurmaqdaydı. Və bu, yaxın gələcəkdə Rusiyanın postsovet ölkələrini yenidən öz patronajlığı altına salmaq planlarını biruzə verirdi.

Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələrinin hazırda keçmiş SSRİ-nin dağılmasını “tarixi səhv” və “qeyri-qanuni proses” kimi təqdim etməsi Kremlin postsovet məkanına yönəlik aqressiv ssenarilərinin mövcudluğunu təsdiqləyir. Halbuki, SSRİ-nin hüquqi statusu, onun yaradılması və dağılması ilə bağlı proseslər, eləcə də Rusiyanın mümkün ekspansionist siyasətinin regional təhlükəsizlik arxitekturasına təsirləri yalnız Kremlin qərəzli narrativləri üzərindən izah edilə bilməz.

Məsələ ondadır ki, SSRİ-nin 1991-ci ildə dağılması hüquqi və konstitusion çərçivədə həyata keçirilmiş prosesdir. Çünki Rusiya, Belarus və Ukrayna rəhbərləri arasında imzalanmış Belovej razılaşması ilə SSRİ-nin ləğv olunduğu elan edilmişdi və bu sənəd daha sonra digər keçmiş sovet respublikaları tərəfindən də dəstəklənmişdi. Nəticədə MDB təsis edilmişdi və Rusiya SSRİ-nin hüquqi varisi kimi beynəlxalq aləmdə tanınmışdı.

 Yəni, SSRİ-nin dağılma prosesi həm xalqların iradəsini, həm də öz müqəddəratını təyin etmə hüququnu ifadə etdiyindən beynəlxalq hüquq baxımından, tamamilə legitim əsaslara söykənir. İndi üzərindən onilliklər keçdikdən sonra Rusiya siyasi dairələrinin ortaya atdığı "qeyri-qanuni proses" iddiaları neo-imperialist hədəflərə bağlı siyasi manipulyasiyalardan başqa bir şey deyil. Çünki SSRİ Konstitusiyasının 72-ci maddəsi hər bir ittifaq respublikasına ittifaqı tərk etmək hüququ da tanıyırdı. Və bu baxımdan da SSRI-nin dağılması tamamilə konstitusiya çərçivəsində reallaşmışdı.

Halbuki, SSRİ-nin dağılmasından fərqli olaraq, bu uydurma dövlətin 1922-ci ildə yaradılması qətiyyən legitim proseslə baş verməmişdi. Çünki Keçmiş SSRI-nin yaradılması müstəqil qonşu dövlətlərə hərbi müdaxilələr və siyasi zorakılıq hesabına mümkün olmuşdu. Belə ki, müstəqil Azərbaycan, Gürcüstan, Baltikyanı ölkələr və s. kimi dövlətlər bolşevik hərbi qüvvələri tərəfindən işğal edilərək sovetləşdirilmişdi, zorla ittifaqa daxil edilmişdi.

Təbii ki, yalnız elə bu faktlar SSRİ-nin yaradılmasında xalqların iradəsinin deyil, məhz hərbi-siyasi məcburiyyətin və siyasi-ideoloji ekspansiyanın rol oynadığını göstərir. Bu səbəbdən də, SSRİ-nin yaradılması qeyri-qanuni, qeyri-legitim xarakter daşıyırdı. Və Kremlin bu önəmli tarixi faktlardan yan keçməsi sadəcə, mümkün deyil.

 Ancaq nə qədər hüquqi və tarixi səbəblər baxımından, keçmiş SSRI-nin bərpası qeyri-mümkün görünsə də, Rusiya siyasi dairələrinin bu barədə avantürist çağırışları, hələlik əsasən ideoloji və geopolitik təzyiq aləti kimi istifadə olunur. Üstəlik, bu çağırışlar bəzi postsovet ölkələri üçün real təhlükəyə də çevrilə bilər.  Belə ki, Dnestryanı bölgədəki separatçı rejim və Rusiyanın hərbi mövcudluğu Moldovanı strateji təhlükə qarşısında olan ölkələrin sırasına qatır.

Digər tərəfdən, Abxaziya və Cənubi Osetiya regionları vasitəsilə Kremlin Gürcüstana da təzyiq imkanları mövcuddur. Şimal bölgəsindəki rusdilli əhali ilə bağlı ritorika, gələcəkdə “qoruma zərurəti” uydurması ilə Rusiya Qazaxıstana da müdaxilə bəhanəsi yarada bilər. Bu təhlükənin hədəfləri sırasına Baltikyanı ölkələri də daxil etmək olar. Və bu ölkələrə qarşı təhlükələr Rusiyanın asimmetrik və hibrid müharibə taktikasını geniş tətbiq edəcəyi təqdirdə, daha da aktuallaşa bilər.

Bütün bunlara baxmayaraq, istənilən halda, keçmiş SSRİ-nin əvvəlki coğrafi və inzibati strukturda bərpası beynəlxalq hüququn və siyasi reallığın şərtləri daxilində hazırda qeyri-mümkün görünür. Ona görə də, ehtimal etmək olar ki, Rusiya hələlik Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər regional formatlar vasitəsilə postsovet məkanında təsir zonasını genişləndirmək məqsədini güdür. Və bu hədəfi reallaşdırmaq üçün müəyyən mexanizmlər də sahibdir.

 Ona görə də, Rusiyanın ilkin mərhələdə postsovet məkanında enerji və iqtisadi asılılığın gücləndirilməsinə cəhd edə biləcəyi qətiyyən istisna deyil. Eyni zamanda, Kreml tərəfindən regional sabitliyin pozulmasına, yeni silahlı münaqişələrin yaradılmasına və artıq sınaqdan çıxarılmış separatizmin dəstəklənməsinə çalışılacağı tamamilə inandırıcı görünür. Və bu, Kremlə Rusiyanın patronajlığı altında mərkəzləşdirilmiş dövlətlər alyansı formalaşdırmaq imkanı verə bilər.

Ancaq Rusiyanın bu ekspansionist cəhdlərinin tamamilə müqavimətsiz qalacağını düşünmək də sadəlövhlük olardı. Hər halda, Qərb siyasi düşərgəsinin Rusiyanı dünyadan, xüsusilə də, müasir texnologiyalar məkanından təcrid edəcəyi qətiyyən şübhə doğurmur. Kremlin SSRI-ni bərpa etmək cəhdləri Rusiyanı yeni və daha ağır beynəlxalq sanksiyalar dalğasına, total iqtisadi izolyasiyaya tuş gətirə bilər.

Rusiya təhlükəsinin real olacağı təqdirdə, NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu daha da gücləndirəcəyini elə indidən təxmin etmək olar. Bu sıraya Rusiyaya müqavimət göstərə bilmələri üçün postsovet ölkələrinə Qərbin məcburən verəcəyi genişmiqyaslı dəstəyi də əlavə etmək mümkündür. Və belə anlaşılır ki, Kremlin keçmiş SSRI-ni bərpa etmək cəhdləri yalnız postsovet məkanını deyil, bütün dünyanı ciddi hərbi-siyasi toqquşmalara məruz qalacaq təhlükəli prosesə çevrilə bilər.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri