Icma.az
close
up
RU
Krım məsələsi üzrə Donald Trampın Rusiyanın lehinə olan sülh təşəbbüsü fiaskoya uğramış oldu

Krım məsələsi üzrə Donald Trampın Rusiyanın lehinə olan sülh təşəbbüsü fiaskoya uğramış oldu

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın “Berlin Zeitung” qəzeti yazır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Krımın Rusiya kimi tanınmasını ehtiva edən sülh planı Aİ-nin sərt tənqidinə səbəb olub. Avropalılar faktiki olaraq seçim qarşısındadır: ya Vaşinqtona sadiq qalmaq, ya da Ukraynanı dəstəkləmək. ABŞ-ın Aİ ilə birgə yox, getdikcə daha çox ayrı bir qurum kimi fəaliyyət göstərməsi Brüsseli son dərəcə narahat edir. Bütün bunların fonunda Kiyev rejiminin rəhbərinin Krımın Rusiya ərazisi kimi tanınmaması ilə bağlı açıq bəyanatından sonra dövlət katibi Marko Rubionun Londondakı görüşdə iştirakdan imtina etməsi simvolik görünür.Ukrayna NATO-dan imtina edə bilərmi?Krımın Rusiya kimi tanınması müharibənin daha da qızışmasına zəmin yaratmazmı?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa ilə Amerika arasında Krım məsələsi ilə bağlı ciddi fikir ayrılığı var, xüsusilə Ukrayna ilə bağlı ABŞ Rusiya ilə birbaşa danışıqlara gedir və Avropa İttifaqını kənarda qoyur.

Məhəmməd Əsədullazadə

“Londonda müzakirə olunacaq məsələ Trampın sülh planı idi və burada Krımın Rusiya kimi tanınması məsələsi vardı. Rusiya atəşkəsə gedəcəkdi. Amma Avropa ölkələri də Ukrayna prezidenti kimi məhz Krımın Rusiya ərazisi kimi tanınmaması barədə bəyanat verdilər. Yəni artıq Donald Trampın da Rusiyanın lehinə olan sülh təşəbbüsü fiaskoya uğramış oldu. Təbii ki, əgər münbit bir şərait formalaşsa, Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlara başlasa, təbii ki, Ukrayna bir müddət NATO-dan imtina edə bilər. Ukraynaya qarşı ABŞ-ın mövqeyi birmənalıdır. Yəni Avropa dövlətlərinin tutduğu mövqeyi ilə ABŞ -ın mövqeyində müəyyən qədər fərqlər var və ABŞ konkret olaraq Rusiya güzəştləri tanınmasına çalışır. Təbii ki, indi Avropa və ABŞ ayrı-ayrı siyasət həyata keçirirlər. Donald Tramp ABŞ da Avropa beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə çalışır. Bu üzdən Rusiya birbaşa danışıqlara gedir”-deyən politoloq qeyd edib ki, ümumiyyətlə ABŞ tərəfindən Krımın Rusiyanın ərazisi kimi tanınması o demək deyil ki, atəşkəs olar, müharibə bitər, ya müharibə daha da qızışar.

Məhəmməd Əsədullazadə hesab edir ki, Avropa ölkələri Ukraynaya daha çox silah sursat, həmçinin ordu da yeridə bilərlər, ABŞ da buna hələ getməyəcək.

“Hazırda Rusiya Xarici İşlər Naziri Lavrov qeyd edir ki, Ukrayna ilə də danışıqlar var. Bir çox detallar müzakirə olunur, amma Ukrayna tərəfi ərazi bütövlüyü və suverenlik məsələsində Rusiyaya güzəştə getməyəcək. Əgər gedərsə, Vladimir Zelenskinin siyasi, fiasko ilə nəticələnə bilər. Həmçinin Avropada sərhədlərin dəyişməsinə gətirib çıxara bilər”-deyən politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri