Icma.az
close
up
RU
“Krım sevgisi” kitabının 2 ci cildi nəşr olunub

“Krım sevgisi” kitabının 2 ci cildi nəşr olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun əməkdaşı, tanınmış araşdırmaçı və publisist Əli Şamilin “Krım sevgisi” kitabının ikinci cildi nəşr olunub.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Qeyd olunub ki, nəşrdə Azərbaycan ilə Krım türkləri arasında tarixi, ədəbi və mədəni əlaqələrin araşdırılmasına həsr olunmuş zəngin elmi-publisistik məqalələr və sənəd xarakterli materiallar yer alıb.

Kitabın ön sözündə müəllif Krım mövzusuna marağının formalaşma tarixindən, Kırım türklərinin sürgün faciəsinə dair araşdırmalarından və Azərbaycan-Krım əlaqələrinin inkişafına yönəlmiş fəaliyyətindən bəhs edir.

Nəşrdə ilk peşəkar qadın aktyorlardan olan Fatma Qədrinin həyat və yaradıcılığı, görkəmli Krım-tatar yazıçısı Çingiz Dağcının həyatı və əsərləri, repressiya qurbanları, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri, Krım türkü Asan Rıfatovun faciəli taleyi, eləcə də sovet dövründə sürgün edilmiş Krım türklərinin taleyi ilə bağlı araşdırmalar yer alıb. Nəşrdə Əli Səngərlinin “Bağçasaray” şeirinin yaranma tarixindən, Krım milli mübarizəsinin müxtəlif simalarından və Türk dünyasının tanınmış şəxsiyyətlərindən bəhs edən məqalələr də təqdim olunub. Nəşrdə, həmçinin Krım-tatar ziyalıları, elm və mədəniyyət xadimləri ilə yazışmaların bir qismi dərc edilib.

Müəllif qeyd edir ki, nəşrin əsas məqsədi Azərbaycan oxucularını Krım türklərinin tarixi, milli mübarizəsi və mədəni irsi ilə daha yaxından tanış etməkdir.

“Krım sevgisi” kitabının ikinci cildi Azərbaycan və Kırım türkləri arasındakı ədəbi, elmi və mədəni münasibətlərin öyrənilməsi, ortaq türk yaddaşının qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi mənbədir.

Qeyd edək ki, kitabın redaktorları Zera Bekirova və Cəmilə Niyaz qızıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri