Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

“Kripto bazarının istiqamətini əsasən monetar siyasət müəyyən edir“ EKSPERT DANIŞDI

“Kripto bazarının istiqamətini əsasən monetar siyasət müəyyən edir“ EKSPERT DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müasir qlobal maliyyə sistemində monetar siyasət və geosiyasi proseslər investisiya davranışlarının formalaşmasında həlledici rol oynayır. Xüsusilə ABŞ Mərkəzi Bankının -Federal Reserve-in (FED) sərt monetar siyasətə üstünlük verməsi, yəni faiz dərəcələrinin artırılması və bazardan likvidliyin çəkilməsi qlobal kapital axınlarına birbaşa təsir göstərir”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, bu şəraitdə maliyyə resurslarının dəyəri yüksəlir, riskli aktivlərə maraq azalır və investorlar daha təhlükəsiz hesab olunan alətlərə yönəlirlər:

“Bu kontekstdə kriptovalyutalar, o cümlədən Bitcoin, hələlik klassik “təhlükəsiz liman” funksiyasını tam şəkildə yerinə yetirmir. Əksinə, onlar yüksək volatillik səviyyəsi, spekulyativ xarakteri və bazar psixologiyasından asılılığı ilə seçilən riskli aktivlər kimi qiymətləndirilir. Qlobal qeyri-müəyyənlik, siyasi gərginlik və ya müharibə şəraitində investorların əsas davranış modeli riskdən qaçış olur ki, bu da kripto bazarından kapitalın çıxmasına səbəb olur. Bu zaman qızıl, dövlət istiqrazları kimi daha sabit aktivlərə üstünlük verilir.

Bununla belə, kripto bazarı bəzən klassik maliyyə qanunauyğunluqlarından qismən kənara çıxaraq fərqli dinamika nümayiş etdirə bilir. Məsələn, bank böhranları və ya maliyyə sisteminə inamsızlıq artdıqda Bitcoin qısamüddətli alternativ aktiv kimi dəyər qazana bilər. Lakin genişmiqyaslı “risk-off” mühitində ümumi tendensiya yenə də eniş istiqamətində olur.

Geosiyasi gərginliyin azalması isə əks effekt yaradır. Beynəlxalq münasibətlərdə yumşalma, münaqişələrin səngiməsi və iqtisadi sabitlik siqnalları investorların risk iştahasını artırır. Nəticədə kapital yenidən riskli aktivlərə, o cümlədən kriptovalyutalara yönəlir və bazarda yüksəliş müşahidə olunur. Bu baxımdan, qlobal maliyyə davranışları “risk-on / risk-off” mexanizmi ilə izah edilə bilər.

Qeyri-müəyyənlik dövrlərində kripto bazarında volatilliyin artması da xarakterik xüsusiyyətdir. Belə mərhələlərdə bazar daha çox qısamüddətli reaksiyalarla hərəkət edir, treyderlərin payı artır və kəskin qiymət dəyişiklikləri müşahidə olunur. Eyni zamanda, bu dövrlərdə həm panik satışlar, həm də fürsət əsaslı alışlar paralel şəkildə baş verdiyi üçün bazar daha dalğalı xarakter alır.

Digər mühüm aspekt sanksiyalar və alternativ ödəniş mexanizmləri ilə bağlıdır. Beynəlxalq maliyyə sistemindən, xüsusilə SWIFT şəbəkəsindən kənar qalma riski ilə üzləşən dövlətlər kriptovalyutalara müəyyən alternativ kimi baxırlar. Lakin bu istiqamətdə ciddi məhdudiyyətlər mövcuddur: kripto bazarının likvidliyi böyük həcmli dövlət ticarətini əvəz etmək üçün yetərli deyil, blokçeyn texnologiyasının şəffaflığı tam anonimliyi təmin etmir və hüquqi-siyasi risklər yüksək olaraq qalır. Bu səbəbdən kriptovalyutalar hazırda qlobal maliyyə sisteminin tam alternativi deyil, yalnız məhdud çərçivədə əlavə alət kimi çıxış edir.

Uzunmüddətli perspektivdə isə kripto bazarının inkişaf istiqamətini əsasən monetar siyasət müəyyən edir. Faiz dərəcələrinin artması və likvidliyin azalması kriptovalyutalara təzyiq göstərir, əksinə, yumşaq monetar siyasət və artan likvidlik bu bazarın genişlənməsini stimullaşdırır. Bu proses üç əsas kanal vasitəsilə izah oluna bilər: makroiqtisadi kanal (inflyasiya və enerji qiymətlərinin monetar siyasətə təsiri), psixoloji kanal (risk iştahının dəyişməsi və kapital axınları) və struktur kanal (sanksiyalar və alternativ maliyyə alətlərinə tələbat).

Qısamüddətli geosiyasi gərginliklər kripto bazarında dalğalanma və eniş yaratsa da, uzunmüddətli dinamikanı əsasən qlobal likvidlik dövrləri və monetar siyasət müəyyən edir. Başqa sözlə, geopolitik amillər bazarı sarsıdır, monetar siyasət isə onun istiqamətini formalaşdırır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri