Kriptovalyuta, sosial şəbəkələr, qolf klubları və ətirlər... Trampın biznes imperiyası
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dörd ildən sonra Ağ Evə genişlənmiş biznes imperiyası ilə qayıdacaq.
Teleqraf.com xəbər verir ki, "NBC News" kanalı Trampın buna görə maraqların toqquşması ilə üzləşəcəyini təxmin edir.
"Onun biznes imperiyası əhəmiyyətli dərəcədə genişlənib, amma onun maraqların toqquşmasından necə qaçmaq niyyətində olduğuna dair vədlər nəzərəçarpacaq dərəcədə azalır", - deyə kanal bildirir.
Qeyd edilir ki, Tramp ilk prezidentlik müddətindən sonra biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Onun biznesinə hazırda kriptovalyuta, sosial şəbəkələr, yeni qolf klubları və hətta ətirlər daxildir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu Trampın təyin etdiyi şəxslərin onun biznesləri ilə bağlı sənayeləri tənzimlədiyi üçün maraqların toqquşması mənbəyinə çevrilə bilər. Onun komandası bu işi gələcəkdə necə tənzimləyəcəyi ilə bağlə hələ məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Dekabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















