Icma.az
close
up
RU
Kriptovalyutanı necə nağdlaşdırmaq olar? AÇIQLAMA

Kriptovalyutanı necə nağdlaşdırmaq olar? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Kriptovalyutalar son illərdə maliyyə dünyasında əhəmiyyətli bir yer tutmağa başlayıb və bir çox insan üçün həm sərmayə qoyuluşu, həm də gündəlik ticarət vasitəsi halına gəlib. Kriptovalyutaların əsas məqsədi rəqəmsal əməliyyatlar aparmaq olsa da, istifadəçilər tez-tez bu valyutaları real pulla əvəzləmək istəyirlər.

Bəs kriptovalyutaları necə nağdlaşdırmaq olar?

Bu barədə kriptovalyuta araşdırmaçısı və startapçısı Ömər Qurbanəli Metbuat.az-a açıqlamasında məlumat verib. O bildirib ki, hər 4 ildən bir “bitcoin”də "halving" deyilən bölünmə baş verir, bu zaman onun emal gücü iki dəfə azalır və bu da qiymətin texniki səbəblərdən yüksəlişinə, yəni "buğa sezonu"na gətirib çıxarır:

“2016 və 2020-ci illərin "halving"ini və ondan sonrakı "buğa sezonu"nu görən biri kimi deyə bilərəm ki, bu il bütün iqtisadi çətinliklərə baxmayaraq, buğa, yəni yüksəliş sezonu olacaq. Düşüş, yəni "ayı sezonları" adətən dünyadakı müharibələr və gərginliklərlə əlaqələndirilir, bahar mövsümündə isə sülh xəbərləri və iqtisadi problemlər daha çox ön planda olur. Hər yüksəliş sezonu fərqli formatda olur, bunun əsas səbəbi bazarın "futures"lərdən asılı olmasıdır”.

Ekspert qeyd edib ki, son statistik məlumata görə, Azərbaycandan 120 min insanın birjada təsdiqlənmiş və aktiv hesabı mövcuddur:

“Bu rəqəmlər daim dəyişir, çünki bəzi "altcoin"lər yaranıb və ya batır, bazardan çıxanlar və yeni gələnlər bir-birini əvəzləyir. Bu gün Azərbaycandan olan istifadəçilərin ən böyük problemi kriptovalyuta sektoruna asanlıqla yatırım etmək və ya güvənli şəkildə nağdlaşdırma aparmaqdır. Qonşu Gürcüstan və Türkiyədə oflayn və onlayn "crypto-exchange"lər mövcuddur və orada istənilən şəxs rahatlıqla kriptovalyuta ala, nağdlaşdıra və ya köçürmə edə bilər. Bizdə isə bu məsələdə hələ problemlər mövcuddur. Birjadan birbaşa əməliyyat apardıqda vasitəçi qurumun və bankın komissiyaları yüksək olur. P2P əməliyyatları isə ölkəmizdə ən çox yayılan və rahat hesab ediləndir.

Bu gün dünyanın ən böyük birjasına çevrilən "Binance" birjasından "USDT" almaq və ya nağdlaşma aparmaq üçün P2P geniş şəkildə istifadə edilir. Buna baxmayaraq, oradan əməliyyat edənlər sonradan problemlərlə qarşılaşa bilərlər, çünki hesablarına özləri də bilmədən çirkli pul gələ bilər. Zaman-zaman yerli startaplar yaranır, amma görünən odur ki, hələ ki geniş miqyasda tutan bir platforma olmayıb. Uzun müddət sektorda qalmaq istəyən istifadəçilər isə daha çox öz çevrələrinin köməyinə güvənirlər. Məsələn, birinə kriptovalyuta almaq üçün USDT/Tether lazımdır, başqa birinə isə qazancını nağdlaşdırmaq. Onlar qarşılıqlı şəkildə etimad edərək bu əməliyyatları həyata keçirirlər”.

Ö.Qurbanəlinin sözlərinə görə, son zamanlar ümumi sektorda dələduzluq halları artıb, buna görə də diqqətli olmaq vacibdir:

“Bu sektora yatırım etmək və zaman-zaman yeniliklərdən faydalanmaq üçün mütəxəssislərə müraciət etmək və ya internetdə araşdırma aparmaq lazımdır. Çünki süni intellektin inkişafı ilə sektor çox sürətlə irəliləyir. Dünən gündəmdə olan bir lider bu gün sıradan çıxa bilər, dünən yeni yaranan bir platforma isə bu gün onu əvəzləyə bilər. Eynilə "Binance" birjası 2017-2018-ci illərdə bir startap idi, amma 2022-ci ildə onu artıq dünya üzrə monopolist olmaqda ittiham edirdilər. Sabah nələr olacaq, bunu yalnız mütəxəssislər analiz edə bilər, amma heç kim 100% əmin ola bilməz, çünki bazarı təyin edən müxtəlif amillər var”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri