Kriştiano Ronaldo hansı futbolçuların onu əsəbiləşdirdiyini AÇIQLADI
Lent az saytına istinadən Icma.az xəbər verir.
“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo millidə oynamaqdan imtina edən futbolçulardan əsəbiləşdiyini bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (FFP) mətbuat xidməti məlumat yayıb.
“Portuqaliya yığmasında oynamaq istəməyən bəzi futbolçulardan əsəbiləşirəm. Milli komandada oynamaqdan həzz alın, vaxt uçur! Ölkənizi və mədəniyyətinizi təmsil etməkdən gözəl heç nə yoxdur”, - Ronaldo bildirib.
Kriştiano Ronaldo milli komandada keçirdiyi oyunların (216) və vurduğu qolların (133) sayına görə dünya rekorduna sahibdir. O, 2003-cü ildən Portuqaliya millisində çıxış edir və Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2019) qalibi olub.
Millətlər Liqasının (A) 1-ci qrupunun turnir cədvəlinə Portuqaliya millisi başçılıq edir. Noyabrın 15-də portuqaliyalılar evdə Polşa millisi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















