Kriştiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Futbol Çempionatının 23-cü turunda "Əl-Həzm"ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda iki qol vurub.
Redaktor.az xəbər verir ki, görüşdən sonra portuqaliyalı hücumçu ölkədə oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb.
"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı qarşılayan ölkədir, burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə jurnalist Fabritsio Romano sosial mediada futbolçunun sözlərini sitat gətirib.
Qeyd edək ki, 41 yaşlı Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.
Bu mövzuda digər xəbərlər:Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına qayıtdı
27 Mart 2026 11:29
Ronaldo 1000 ə Səudiyyə Ərəbistanında çatacaq
24 Fevral 2025 13:42
“Barselona”nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
31 Yanvar 2025 00:51
Məhəmməd Salah karyerasını mütləq Səudiyyə Ərəbistanında davam etdirəcək
10 Dekabr 2025 10:37
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını təcili TƏRK ETDİ
03 Mart 2026 14:03
Baxış sayı:181
Bu xəbər 22 Fevral 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















