Icma.az
close
up
RU
Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Krit adasında ağcaqanad sürfələrini məhv edə bilən mikroblar aşkarlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 iyul, AZƏRTAC

Bioloqlar müəyyən ediblər ki, Krit adasında yaşayan bəzi bakteriya növləri ağcaqanad sürfələri üçün zəhərli olan və onların yaşam mühitinə düşdükdən bir neçə gün sonra məhv edilməsinə səbəb olan molekullar istehsal edir.

AZƏRTAC xəbər verir ki, Amerika Mikrobiologiya Cəmiyyətinin (ASM) mətbuat xidmətinin məlumatına görə, bu biomolekullar və onları istehsal edən mikroblar mövcud pestisidlər üçün təhlükəsiz alternativin əsasını təşkil edəcək.

“Bu mikrobların istehsal etdiyi molekullar təbiətdə toplanmır, çünki onlar ətraf mühitə düşdükdə asanlıqla parçalanır. Bunun sayəsində onların əsasında hazırlanan pestisidlər, ağcaqanadlara qarşı mübarizə aparan mövcud kimyəvi vasitələrdə olduğu kimi, çoxlu sayda digər həşəratları məhv etməyəcək”, – deyə ASM mətbuat xidmətinin yaydığı məlumatda ABŞ-ın Con Hopkins Universitetinin professoru Georgios Dimopulos bildirib.

Professor Dimopulos və digər tədqiqatçıların qeyd etdiyinə görə, dünya üzrə alimlər ağcaqanadlarla mübarizə üçün yeni vasitələr hazırlayırlar. Bunun səbəbi mövcud zəhərli maddələrə qarşı ağcaqanadların davamlılığının artması, həm də həmin maddələrin təbii mühitə düşdükdə bir çox faydalı həşəratları da məhv etməsidir. Bu, xüsusilə su hövzələrində ağcaqanad sürfələrinin məhv edilməsi üçün nəzərdə tutulan maddələrə aiddir.

Professor Dimopulos və digər alimlər “MicroBioPest” adlı Avropa layihəsi çərçivəsində bu maddələr üçün təbiət üçün təhlükəsiz alternativlər axtarır, konkret olaraq müxtəlif mikroblar arasında “ağcaqanadların təbii düşmənlərini” tapmağa çalışırlar. Tədqiqatçılar torpaq, bitkilər və digər həşəratların yaşadığı mühitdən nümunələr toplayır və oradakı mikrobların Qərbi Nil və Rift Vadisi qızdırması viruslarını yayan “Culex pipiens molestus” növündən olan ağcaqanad sürfələrinə təsirini öyrənirlər.

Yaxınlarda alimlər Krit adasının 65 müxtəlif bölgəsindən torpaq, bitki köklərinin ətrafı, su və ölü həşəratlardan toplanmış 186 mikrob növünü araşdırıblar. Sonrakı təcrübələr göstərib ki, 100 nümunədən olan mikrob növ sürfələri bir həftə ərzində məhv edə bilir, onlardan 37-si isə həşəratları üç gündən az müddətdə öldürür.

Tədqiqatçılar aşkar ediblər ki, “Culex pipiens molestus” sürfələrinin ölümü həmin nümunələrdə olan iki onlarla bakteriya variasiyasının yoluxdurması nəticəsində deyil, məhz mikrobların həyat fəaliyyəti məhsulları ilə zəhərlənməsi nəticəsində baş verir. Bu da ümid yaradır ki, həmin maddələr gələcəkdə yeni insektisidlərin və biopestisidlərin əsasını təşkil edə bilər. Bunun üçün bioloqlar həmin maddələrin bakteriyalar tərəfindən sintez mexanizmini öyrənməli və biotexnoloji üsullarla onu təkrar istehsal etməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 03:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri